Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1018/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 18.02.2022-ci il tarixinə yaranmış 2188,50 (iki min bir yüz səksən səkkiz manat əlli qəpik) manat əsas, 328,20 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 2516,70 (iki min beş yüz on altı manat yetmiş qəpik) manat borcun və 45,17 (qırx beş manat on yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı iki ədəd "SAMSUNG A125" markal, iki ədəd "SAMSUNG A217" markalı, bir ədəd "XİAOMİ REDMİ 9" markalı, bir ədəd "XİAOMİ REDMİ NOTE 8" markalı, bir ədəd “SAMSUNG A115" markalı, bir ədəd "SAMSUNG A515” markalı və bir ədəd "SAMSUNG T295" markalı mobil telefonlara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 145 (bir yüz qırx beş) manat olmaqla, cəmi 2600 (iki min altı yüz) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 19.11.2021ci il tarixdə 52 (əlli iki) manat və qalıq qalmış 2188,50 (iki min bir yüz səksən səkkiz manat əlli qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən yayınmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1% dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 3282 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 3282 (üç min iki yüz səksən iki) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 328,2 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat "xxxx" MMC-nə ödənilməlidir. Cavabdeh 18.02.2022-ci il tarixədək "xxxx" MMC-nə olan borcu 2188,50 (iki min bir yüz seksən səkkiz manat əlli qəpik) manat əsas, 328,20 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 2516,70 (iki min beş yüz on altı manat yetmiş qəpik) manat təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2600 (iki min altı yüz) manat dəyərində olan iki ədəd "SAMSUNG A125" markal, iki ədəd "SAMSUNG A217" markalı, bir ədəd "XİAOMİ REDMİ 9" markalı, bir ədəd "XİAOMİ REDMİ NOTE 8" markalı, bir ədəd “SAMSUNG A115" markalı, bir ədəd "SAMSUNG A515” markalı və bir ədəd "SAMSUNG T295" markalı mobil telefonlar satılmışdır. Cavabdeh malın dəyərini 18 ay müddətinə hər ay 145 (bir yüz qırx beş) manat ödəməyi öhdəsinə götürmüşdür; maliyyə arayışından görünür ki, Cavabdeh 15.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə 18.02.2022-ci il tarixə 2188,50 (iki min bir yüz səksən səkkiz manat əlli qəpik) manat əsas, 328,20 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 2516,70 (iki min beş yüz on altı manat yetmiş qəpik) manat borcu qalmışdır; iddia ərizəsinin əsaslandırma hissəsindən göründüyü kimi, müqavilə üzrə faiz borcu 3282 (üç min iki yüz səksən iki) manat təşkil etsə də, MMC tərəfindən Cavabdeh güzəşt olunaraq, cərimə məbləğinin 10%-i, yəni 328,20 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat ödənilmılidir; xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; 26.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 45,17 (qırx beş manat on yeddi qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı mobil telefonun dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 45,17 (qırx beş manat on yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə yaranmış 2188,50 (iki min bir yüz səksən səkkiz manat əlli qəpik) manat əsas, 328,20 (üç yüz iyirmi səkkiz manat iyirmi qəpik) manat cərimə olmaqla, cəmi 2516,70 (iki min beş yüz on altı manat yetmiş qəpik) manat borc və Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 45,17 (qırx beş manat on yeddi qəpik) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1018/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1018/2022
21.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver