Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1022/2022 05.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı Cavabdeh arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli 487saylı kredit müqaviləsinin ləğv edilməsi; 02.03.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 1576.15 (bir min beş yüz yetmiş altı dollar on beş sent) USD; əsas məbləğə hesablanmış faiz borcu 737.95 (yeddi yüz otuz yeddi dollar doxsan beş sent) USD; cərimə faizi 595.65 (beş yüz doxsan beş dollar altımış beş sent) USD; dəbbə pulu 1487.20 (bir min dörd yüz səksən yeddi dollar iyirmi sent) USD; cəmi 4396.95 (dörd min üç yüz doxsan altı dollar doxsan beş sent) USD; məbləğdə borcun,həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 94.74 (doxsan dörd manat yetmiş dörd qəpik) AZN dövlət rüsumu borclu Cavabdeh və zamini Zamin alınaraq,İddiaçı BOKT MMC- nin xeyrinə ödənilməsi barədə Azərbaycan Respublikası adından qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, PSG FİNANS” BOKT MMC Quba filialı ilə borcalan Cavabdeh arasında 30 dekabr 2016-cı il tarixli 487 saylı kredit müqaviləsi ilə Zamin arasında 30 dekabr 2016-cı il tarixli 487saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh 'PSG FİNANS” BOKT MMC-nin Quba filialı tərəfindən şəxsi biznesin inkişafı üçün 3560 (üç min beş yüz altmış USD məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 14 % olmaqla, 36 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqalisinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 121.67 (bir yüz iyirmi bir dollar altımış yeddi sent) USD ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. PSG FİNANS' BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Nəticədə Cavabdeh 02.03.2022-ci il tarixinə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialına olan borcu aşağıdakı kimi təşkil etmişdir: kreditin əsas məbləğindən qalan borc 1576.15 (bir min beş yüz yetmiş altı dollar on beş sent) USD; əsas məbləğə hesablanmış faiz borcu: 737.95 (yeddi yüz otuz yeddi dollar doxsan beş sent) USD; cərimə faizi: 595.65 (beş yüz doxsan beş dollar altımış beş sent) USD; dəbbə pulu: 1487.20 (bir min dörd yüz səksən yeddi dollar iyirmi sent) USD; cəmi: 4396.95 (dörd min üç yüz doxsan altı dollar doxsan beş sent) USD; Məhkəmə rüsumu 94.74 (doxsan dörd manat yetmiş dörd qəpik) AZN. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, 30 dekabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən şəxsi biznesin inkişafı üçün 36 ay müddətinə 3560 ABŞ dolları məbləğində kredit verilmişdir. O, iddia ərizəsində göstərilən əsas borc və faizlər üzrə iddianın təmin olunmasına etiraz etmir. Dəbbə pulu və cərimə məbləği yüksək məbləğdə hesablandığı üçün azaldılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh Zamin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin cavabdeh Rasmim Musayevin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 30 dekabr 2016-cı il tarixli, 487 saylı Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 36 ay müddətinə illik 14% dərəcəsi ilə Cavabdeh 3560 (üç min beş yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir; 30 dekabr 2016-cı il tarixli, 487 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC-dən kredit götürmüş Cavabdeh PSG FİNANS» BOKT MMC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür; bildiriş və xəbəradrlıq məktublarından görünür ki, PSG FİNANS» BOKT MMC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur; İddiaçı BOKT MMC-nin 18 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02 mart 2022-ci il tarixə İddiaçı BOKT MMC-yə olan Kreditin əsas məbləğindən qalan borc; 1576.15 (bir min beş yüz yetmiş altı dollar on beş sent) USD; əsas məbləğə hesablanmış faiz borcu 737.95 (yeddi yüz otuz yeddi dollar doxsan beş sent) USD; cərimə faizi 595.65 (beş yüz doxsan beş dollar altımış beş sent) USD; dəbbə pulu 1487.20 (bir min dörd yüz səksən yeddi dollar iyirmi sent) USD; cəmi 4396.95 (dörd min üç yüz doxsan altı dollar doxsan beş sent) USD; məhkəmə rüsumu 94.74 (doxsan dörd manat yetmiş dörd qəpik) AZN təşkil edir. İş materiallarında olan 02 mart 2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 95,14 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Bu baxımdan, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli krediti müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 1576,15 ABŞ dolları və faiz borcun 737,95 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 595,65 ABŞ dolları cərimə faizi və 1487.20 ABŞ dolları dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin tələb edilən dəbbə pulunu azaldaraq 160 ABŞ dolları məbləğində müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 94,74 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Zamin münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 30.12.2016-cı il tarixli, 487 saylı Kredit müqaviləsi əsasında İddiaçı BOKT MMC tərəfindən 36 ay müddətinə illik 14% ödəmək şərti ilə Cavabdeh 3560 ABŞ dolları məbləğində kredit verilmiş, həmin müqaviləyə əlavə edilmiş ödəniş qrafikində kreditin öədəm müddətləri 30.01.2017-28.12.2019-cu il tarixləri göstərilməklə əsas öhdəliyin icrası müddəti göstərilmişdir. İş materiallarında olan 30.12.2016-cı il tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC-dən kredit götürmüş «Borc alan» Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. Həmin zaminlik müqavləsinin 4.2-ci bəndində müqavilənin borcalaının BOKT qarşısındakı öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Göründüyü kimi, qanun o cümlədən əqdlə təyin edilən müddətin təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar və hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilməsini nəzərdə tutur. Hazırki mülki işdə olan 30 dekabr 2016-cı il tarixli zaminlik müqaviləsində isə zaminliyin verilmə müddəti təqvim tarixi, illər, aylar, həftələr, günlər, saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən edilməmişdir. Zaminlik müqaviləsinin 4.2-ci bəndində zaminlik müqaviləsinin qüvvədə qalma əsası kimi göstərilən müqavilə üzrə öhdəliklərin tam yerinə yetirilməsi zaminliyin verilmə müddətinin təyin olunması kimi qəbul oluna bilməz. Belə ki, zaminlik müqaviləsində zaminlik müddəti konkret təqvim tarixi, illər, aylar, həftələr, günlər və saatlar, həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyən olunmamışdır. Əksinə həmin müddət qeyri-müəyyən halla bağlanmışdır ki, həmin halın, yəni müqavilənin icrasının nə vaxt həyata keçiriləcəyi aydın deyildir. Belə olan halda məhkəmə hesab edir ki, 30 dekabr 2016-cı il tarixli zaminlik müqaviləsində zaminliyin verilmə müddəti göstərilməmiş, başqa sözlə zaminliyin verilmə müddəti təyin edilməmişdir. Bu da zaminliyə xitam verilməsi üçün qanunda göstərilən əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş 30 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 36 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının çatdığı gün 30.12.2019-cu il tarixdir ki, qanuna görə də kreditor, yəni İddiaçı BOKT MMC həmin gündən başlayaraq bir il ərzində zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, 30 dekabr 2016-cı il tarixli zaminlik müqaviləsi əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor olan İddiaçı BOKT MMC tərəfindən Zamin qarşı iddia irəli sürülməmişdir. Kreditor tərəfindən zaminə qarşı iddia yalnız zaminliklə təmin edilmiş öhdəlyinin icrası vaxtının çatdığı gündən iki il iki aydan çox müddətdən sonra irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, Zamin digər Cavabdeh 30.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia Zamin münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli 487 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1576.15 (bir min beş yüz yetmiş altı dollar on beş sent) ABŞ dolları əsas, 737.95 (yeddi yüz otuz yeddi dollar doxsan beş sent) ABŞ dolları faiz, 160 (bir yüz altmış) ABŞ dolları cərimə olmaqla, cəmi 2474,10 (iki min dörd yüz yetmiş dörd dollar on sent) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 94,74 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə və digər cavabdeh Zamin münasibətdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1022/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1022/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver