Məhkəmə qərarları › İş №e-2(027)-1053/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1053/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1053/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon üçün 571,2 (beş yüz yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 57,8 (əlli yeddi manat, səksən qəpik) manat cərimə, 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 5 markalı saat üçün 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə olmaqla, ümumilikdə 746 manat borc və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 16.03.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon və Xiaomi Mi band 5 markalı saat almış və nəticədə 746 (yeddi yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696,2 (altı yüz doxsan altı manat, iyirmi qəpik) manat (12 ay x 47,6 manat + 125 manat ilkin ödəniş), İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon üçün ümumilikdə, 629 (altı yüz iyirmi doqquz) manat olmaqla ondan, 571,2 (beş yüz yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,8 (əlli yeddi manat, səksən qəpik) manat cərimə; 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 107 (bir yüz yeddi) manat (10 ay x 10,7 manat + 0 manat ilkin ödəniş) Xiaomi Mi band 5 markalı saat üçün ümumilikdə, 117 (bir yüz on yeddi) manat olmaqla ondan, 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 125 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 16.03.2021-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon və Xiaomi Mi band 5 markalı saat almış və nəticədə 746 (yeddi yüz qırx altı) manat borc yaranmışdır. Cavabdeh 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 696,2 (altı yüz doxsan altı manat, iyirmi qəpik) manat (12 ay x 47,6 manat + 125 manat ilkin ödəniş), İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon üçün ümumilikdə, 629 (altı yüz iyirmi doqquz) manat olmaqla ondan, 571,2 (beş yüz yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,8 (əlli yeddi manat, səksən qəpik) manat cərimə; 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 107 (bir yüz yeddi) manat (10 ay x 10,7 manat + 0 manat ilkin ödəniş) Xiaomi Mi band 5 markalı saat üçün ümumilikdə, 117 (bir yüz on yeddi) manat olmaqla ondan, 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 23 fevral 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 16.03.2021-ci il tarixdə bağlanmış müqavilələr üzrə ödənilməmiş 746 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon və Xiaomi Mi band 5 markalı saat almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon və Xiaomi Mi band 5 markalı saat tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş 27.01.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş 24.02.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 16.03.2021-ci il tarixli, 22381649 nömrəli müqavilə üzrə 5 manat və 16.03.2021-ci il tarixli, 22381870 nömrəli müqavilə üzrə isə 2 manat məbləğində müəyyən edir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 16.03.2021-ci il tarixli, 22381649 nömrəli müqavilə üzrə 571,2 manat əsas və 5 manat cərimə, 16.03.2021-ci il tarixli, 22381870 nömrəli müqavilə üzrə 107 manat əsas və 2 manat cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********44996 X1 9 Pro markalı telefon üçün 571,2 (beş yüz yetmiş bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 16.03.2021-ci il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 5 markalı saat üçün 107 (bir yüz yeddi) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 685,2 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar