Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1065/2022 19.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 24.01.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 50 (əlli) manat cərimə, 26.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon üçün 604.8 (altı yüz dörd, səksən qəpik) manat ödənilməmiş hissə, 60.2 (altmış, iyirmi qəpik) manat cərimə, 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 Qulaqlıq üçün 73.2 (yetmiş üç, iyirmi qəpik) manat ödənilməmiş hissə, 7.8 (yeddi, səksən qəpik) manat cərimə olmaqla, ümumilikdə 1296 manat borc, 32.96 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.01.2021-ci il, 26.02.2021-ci il və 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon, İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon, X1 Qulaqlıq almış və nəticədə 1296 (min iki yüz doxsan altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.01.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 600 (altı yüz) manat (12 ay x 50 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon üçün ümumilikdə, 550 (beş yüz əlli) manat olmaqla ondan, 500 (beş yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 50 (əlli) manat cərimə, 26.02.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 693.8 (altı yüz doxsan üç, səksən qəpik) manat (18 ay x 33.6 manat + 89 manat ilkin ödəniş) İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 665 (altı yüz altmış beş) manat olmaqla ondan, 604.8 (altı yüz dörd, səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 60.2 (altmış, iyirmi qəpik) manat cərimə, 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 73.2 (yetmiş üç, iyirmi qəpik) manat (12 ay x 6.1 manat + 0 manat ilkin ödəniş) X1 Qulaqlıq üçün ümumilikdə, 81 (səksən bir) manat olmaqla ondan, 73.2 (yetmiş üç, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.8 (yeddi, səksən qəpik) manat cərimə məbləğində borc yaranmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2021-ci il, 26.02.2021-ci il və 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon, İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon, X1 Qulaqlıq almış və nəticədə 1296 (min iki yüz doxsan altı) manat borc yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 21.02. 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 24.01.2021-ci il, 26.02.2021-ci il və 27.02.2021-ci il tarixdə bağlanmış müqavilələr üzrə ödənilməmiş 1296 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.01.2021-ci il, 26.02.2021-ci il və 27.02.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon, İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon, X1 Qulaqlıq almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon, İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon, X1 Qulaqlıq tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş 31.01.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş 11.02.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 32,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 24.01.2021-ci il tarixli müqavilə üzrə 5 manat, 26.02.2021-ci il tarixli müqavilə üzrə 6 manat və 27.02.2021-ci il tarixli müqavilə üzrə 2 manat məbləğində müəyyən edir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 24.01.2021-ci il tarixli müqaviləsinə əsasən 500 (beş yüz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 26.02.2021-ci il tarixli müqaviləsinə əsasən 604.8 (altı yüz dörd, səksən qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən 73.2 (yetmiş üç, iyirmi qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,96 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 24.01.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********05724 Xiaomi Redmi 9T markalı telefon üçün 500 (beş yüz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, 26.02.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78905 Samsung Galaxy A21s markalı telefon üçün 604.8 (altı yüz dörd, səksən qəpik) manat ödənilməmiş hissə, 6 (altı) manat cərimə, 27.02.2021-ci il tarixli müqaviləsinə əsasən, X1 Qulaqlıq üçün 73.2 (yetmiş üç, iyirmi qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə olmaqla, ümumilikdə 1191 manat borc və 32,96 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1065/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1065/2022
19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver