Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1066/2025 06.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı qarşı “kredit üzrə borcun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 8.819,93 (səkkiz min səkkiz yüz on doqquz manat doxsan üç) AZN, kredit üzrə faiz borcunun məbləği 1.404,23 (bir min dörd yüz dörd manat iyirmi üç qəpik) AZN, hesablanmış cərimə məbləği 70,21 (yetmiş manat iyirmi bir qəpik) AZN olmaqla, cəmi 10.294,37 (on min iki yüz doxsan dörd manat otuz yeddi qəpik) məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 120,88 (yüz iyirmi manat səksən səkkiz qəpik) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər-Cavabdeh4 və Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaq) ilə cavabdeh - Cavabdeh4 arasında 27 Noyabr 2023-cü il tarixli, 6794 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh4 “Təsərrüfat xərcləri” məqsədilə 36 (otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) % olmaqla, 10.000 (on min) AZN məbləğdə kredit verilib. 27 Noyabr 2023-cü il tarixli, 6794 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında 27 Noyabr 2023-cü il tarixli, 6794 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh –Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 27 Noyabr 2023-cü il tarixli, 6794 nömrəli Kredit Müqaviləsi üzrəöhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirki, cavabdeh - Cavabdeh4uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı - "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh4 27 Noyabr 2023-cü il tarixli, 6794 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 8.819,93 (səkkiz min səkkiz yüz on doqquz manat doxsan üç) AZN, kredit üzrə faiz borcunun məbləği 1404,23 (bir min dörd yüz dörd manat iyirmi üç qəpik) AZN, hesablanmış cərimə məbləği 70,21 (yetmiş manat iyirmi bir qəpik) AZN olmaqla, cəmi 10294,37(on min iki yüz doxsan dörd manat otuz yeddi qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh4 27 Noyabr 2023-cü il tarixli, 6794 nömrəli kredit müqaviləsi üzrə kredit borcu kredit üzrə əsas borcun məbləği 8.819,93 (səkkiz min səkkiz yüz on doqquz manat doxsan üç) AZN, kredit üzrə faiz borcunun məbləği 1404,23 (bir min dörd yüz dörd manat iyirmi üç qəpik) AZN, hesablanmış cərimə məbləği 70,21 (yetmiş manat iyirmi bir qəpik) AZN olmaqla, cəmi 10294,37 (on min iki yüz doxsan dörd manat otuz yeddi qəpik) AZN təşkil edir. Ümumilikdə 10294,37 (on min iki yüz doxsan dörd manat otuz yeddi qəpik) AZN məbləğdə kredit borcu cavabdehlər – Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. II. Tərəflərin mövqeləri: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, məhkəmə prosesinin "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İİİ. İşin faktiki halları: -İş materiallarında olan: 27 noyabr 2023-cü il tarixli, 6794/1 nömrəli Kredit Müqaviləsindən görünür ki, Cavabdeh4 36 (otuz altı) ay müddətinə, illik 26 (iyirmi altı) % olmaqla, 10.000 (on min) manat məbləğində kredit vermişdir. - Həmin tarixli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətindən kredit götürmüş «Borc alan» Cavabdeh4 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Cavabdeh3, Cavabdeh1 öz üzərinə götürmüşdür. -xx.xx.2025-ci pretenziyadan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 120,88 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh4 xx.xx.2023-cü il tarixli, kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 8819,93 manat əsas, 1404,23 manat faiz, 70,21 manat cərimə olmaqla, cəmi 10294,37 manat məbləğində borcu yaranmışdır; İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borc 8819,93 manat, faiz borcu 1404,23 manat təşkil etdiyi halda, 70,21 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə azaldılmalı və 5 manat müəyyən edilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 8819,93 (səkkiz min səkkiz yüz on doqquz manat doxsan üç) manat əsas, 1404,23 (bir min dörd yüz dörd manat iyirmi üç qəpik) manat manat faiz, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 10229,16 (on min iki yüz iyirmi doqquz manat on altı qəpik) manat məbləğində pul və 120,88 (yüz iyirmi manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmRafiqdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 8819,93 (səkkiz min səkkiz yüz on doqquz manat doxsan üç) manat əsas, 1404,23 (bir min dörd yüz dörd manat iyirmi üç qəpik) manat manat faiz, 5 (beş) manat cərimə borcu olmaqla, ümumilikdə 10229,16 (on min iki yüz iyirmi doqquz manat on altı qəpik) manat məbləğində pul və 120,88 (yüz iyirmi manat səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1066/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1066/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver