Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1067/2025 05.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaverdieyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsi üzrə cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızının iddiaçı ASC “Xalq” Bankı qarşısında xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək kreditdən istifadəyə görə illik 19 % (on doqquz faiz) dərəcəsi ilə hesablanmış 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borc, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1 218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları məbləğində penya və xx.xx.2017-ci il tarixindən xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 4 979,46 (dörd min doqquz yüz yetmiş doqquz ABŞ dolları 46 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,cəmi 7 399,18 (yeddi min üç yüz doxsan doqquz ABŞ dolları 18 sent) ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh Bayramova (Təhməzova) Hökümə Rafiq qızından iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, **********46015 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 19 % (on doqquz faiz) ödənilmək şərti ilə 18 500 (on səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir (Kredit müqaviləsiəlavə edilir). Kredit müqaviləsi üzrə borcalan H.R.Bayramovanın (Təhməzovanın) öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə X4 arasında sonuncuya məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 273,4 kv.m ümumi, 125,6 kv.m yaşayış, 147,8 kv.m yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********46015/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Borcalan H.R.Bayramova (Təhməzova) tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC “Xalq” Bankı «Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-269/2017 №-li qətnaməsi (bundan sonra «xx.xx.2017-ci il tarixli qətnamə» adlandırılacaq) ilə iddia tələbi qismən təmin edilmiş və xx.xx.2015-ci il tarixli **********46015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC “Xalq” Bankı qarşısında16 610,09 (on altı min altı yüz on ABŞ dolları 09 sent) ABŞ dolları əsas borc, 2 922,35 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 219,49 (iki yüz on doqquz ABŞ dolları 49 sent) ABŞ dolları məbləğində penya, cəmi 19 751,93 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 93 sent ) ABŞ dolları borcun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir (“qət etdi” hissəsi ixtisarla qeyd edilib). Borcalan H.R.Bayramova (Təhməzova) və mülki iş üzrə digər şəxslər həmin qətnamədən birgə apellyasiya şikayəti vermiş,Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(105)-2773/2018 nömrəli qətnaməsiilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2017-ci il tarixli qətnamə apellyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli qətnamə qanuni qüvvəsini aldıqdan sonra borcalan H.R.Bayramova (Təhməzova)tərəfindən həmin qətnamə üzrə Bankın xeyrinə tutulmasıqət edilmiş borc məbləği (hissə-hissə ödənişlər icra edilməklə) tam şəkildə xx.xx.2024-cü il tarixində ödənilmişdir. Buna baxmayaraq,cavabdeh H.R.Bayramovanın (Təhməzovanın) Kredit müqaviləsi üzrə İddiaçı qarşısında borcu qalmışdır. Belə ki, xx.xx.2017-ci il tarixli qətnamə ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dollarıməbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə vaxtı keçmiş əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017- ci il tarixinədək bu məbləğ 1 218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları təşkiledir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyirik ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmışKredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan RespublikasiKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddanı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)- 269/2017 №-li qətnaməsindən göründüyü kimi, iddia tələbi qismən təmin edilmiş və xx.xx.2015-ci il tarixli **********46015/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına xx.xx.2015-ci il tarixli **********46015 №-li Kredit müqaviləsi üzrə borcalan Cavabdeh ASC “Xalq” Bankı qarşısında16 610,09 (on altı min altı yüz on ABŞ dolları 09 sent) ABŞ dollarıəsas borc, 2 922,35 (iki min doqquz yüz iyirmi iki ABŞ dolları 35 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx.xx.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanmış 219,49 (iki yüz on doqquz ABŞ dolları49 sent) ABŞ dolları məbləğində penya, cəmi19 751,93 (on doqquz min yeddi yüz əlli bir ABŞ dolları 93 sent ) ABŞ dolları borcun tutulduğu anda AR Mərkəzi Bankı tərəfindən manatınABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ASC “Xalq” Bankının xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 iyul 2018-ci il tarixli, 2(105)- 2773/2018 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, xx.xx.2017-ci il tarixli qətnamə apellyasiya şikayəti verən şəxslərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-269/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh və X4 tərəfindən icra sənədi ilə müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. İcra sənədi üzrə borcluların ASC “Xalq” Bankı qarşısında cari tarixə yerinə yetirilməmiş öhdəliyi qalmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçı xx.xx.2017-ci il tarixli qətnamə ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) vaxtı keçmiş əsas borc məbləğinə illik 19 % (on doqquz faiz) faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş 1 201,65 (bir min iki yüz bir ABŞ dolları 65 sent) ABŞ dolları məbləğində adi faizlər üzrə borcun ödənilməsinə dair tələb irəli sürmüşdür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anma qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə "öhdəliklər vicdanla yerinə yetirilməlidir ” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və hununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anma qədər müqavilə qüvvədə sayılır. Qeyd edilən Qərara əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər» Həmçinin Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki. “icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, «bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7- ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər». Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci mddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə və həmin ipoteka predmetinin açıq hərracda satılmaqla satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsinə dair Quba rayon Məhkəməsinin 2(027)-269/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasına cavabdeh tərəfindən mane törədilməsi halı müəyyən olunmamışdır. Belə ki, icra sənədinin icrasını üzrə hərəkətlər müəyyən olunmuş vaxt ərzində icra edilməklə icra sənədinin icrasına nail oluna bilərdi. Belə olan halda borclunun cavabdehin pul məbləğinin ödənilməsini gecikdirməkdə ifadə olunan hərəkətləri müəyyən olunmur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddia ilə həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 1218,07 (bir min iki yüz on səkkiz ABŞ dolları 07 sent) ABŞ dolları məbləğində penya məbləğinin tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, borc tam ödənilməklə kreditor icranı qəbul etdiyindən və icranı qəbul edərkən cərimənin ilə bağlı qarşı tərəfə hər hansı tələb irəli sürülmədiyindən, beləliklə də, hazırda cərimə cavabdehin güvəndiyi əvvəlki rəftara zidd hüquq həyata keçirilməklə tələb edildiyindən, iddia bu hissədə də təmin oluna bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulmasına dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borcalandan tutulmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1067/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1067/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver