Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1072/2023 07.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 oglu və X1 oglundan müştərək qaydada **********0454 saylı kredit müqaviləsi üzrə borcun mabləgi 2236.20 AZN asas, faiz borcu üzrə 17.80 AZN, cərimə borcuna gorə 0.00 AZN olmaqla cəmi 2254.00 (iki min iki yiiz alli dord manat) AZN; həmçinin, **********0467 saylı kredit müqaviləsi üzrə borcun məbləği 4085.41 AZN əsas, faiz borcu üzrə 30.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cami 4115.67 (dörd min yüz on beş manat, altmış yeddi qapik) AZN və ödənilmiş 83.70 manat mablagində dövlət rüsumunun "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulmasına dair qatnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "FİNCA Azerbaijan" MM QBKT ilə Cavabdeh1 oglu arasında baglanmiş xx.xx.2019-cu it tarixli, **********0454 saylı Azarbaycan Respublikasi Prezidenti canab İlham Əliyevin 28 fevral 2019-cu it tarixli "Azarbaycan Respublikasinda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə baglı əlavə tadbirlar haqqında "Fərmanın 6-cı maddəsinə uygun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqavilasinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxti keçmiş asas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2639.21 AZN (iki min altı yüz otuz doqquz manat, iyirmi bir qəpik); Həmçinin eyni tarixli, **********0467 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Mülqaviləsi ilə bu Müqavilə imzalanan tarixə 4486.66 AZN (dörd min dörd yüz səksən altı manat, altmış altı qapik); qalıq mabləgi illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun odənilməsinə yönəldilmişdir. **********0454 saylı kredit müqavilasinə Əlavə hesab edilən ödəniş cədvəlinə asasən borclunun bir il güzəşt müddətində hər ay 2.27 AZN, dörd il müddətində isə hər ay 56.13 AZN olmaqla və **********0467 saylı kredit müqaviləsi üzrə bil il güzəşt müddətində hər ay 3.74 AZN, dörd il müddətində isə har ay 95.42 AZN bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına taminat olaraq eyni tarixli, **********0454-516902 saylı və **********0467-516902 saylı Zaminlik müqavilələri ilə Cavabdeh2 zamin qismində sözügedan kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında baglanmış kredit müqavilasinə görə kreditin faktiki istifadə edilmiş məblağinə hesablanmis faizlarin va əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərda tutulmusdur. Lakin, cavabdeh, Cavabdeh1 oglu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oglunun **********0454 saylı kredit müqaviləsi üzrə borcun məblaği 2236.20 AZN asas, faiz borcu üzrə 17.80 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cami 2254.00 (iki min iki yüz əlli dörd manat) AZN təşkil edir. Həmcinin, **********0467 saylı kredit müqaviləsi üzrə borcun məblaği 4085.41 AZN asas, faiz borcu üzrə 30.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cami 4115.67 (dörd min yüz on beş manat, altmış yeddi qapik) AZN təşkil edir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə prosesinin «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazıim qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1, 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0454 saylı Kredit (restrukturizasiya) müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT tərəfindən 1 il güzəşt müddəti müəyyən edilməklə, 5 il müddətinə illik 1% dərəcəsi ilə Cavabdeh1 2639,21 manat restrukturizasiya edilmişdir; İş materiallarında olan xx.xx.2019-cu il tarixli,**********0454-516902 №li Zaminlik müqaviləsindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT-dən kredit götürmüş «Borc alan» Cavabdeh1 **********0454 saylı müqavilə üzrə bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0467 saylı Kredit (restrukturizasiya) müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT tərəfindən 1 il güzəşt müddəti müəyyən edilməklə, 5 il müddətinə illik 1% dərəcəsi ilə Cavabdeh1 4486,66 manat restrukturizasiya edilmişdir; İş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0467-516902 №li Zaminlik müqaviləsindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT-dən kredit götürmüş «Borc alan» Cavabdeh1 **********0467 saylı müqavilə üzrə bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0454 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas 2236.20 manat, 17.80 manat faiz, cəmi 2254.00 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0467 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas 4085.41 manat, 30.26 manat faiz, cəmi 4115.67 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT hazırki iddianın qaldırılması ilə əlaqədar 83,70 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Güzəştli Kredit (Restrukturizasiya) müqavilələri bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 oglu və X1 oglundan müştərək qaydada **********0454 saylı kredit müqaviləsi üzrə 2236,20 manat əsas, 17,80 manat faiz borcu olmaqla cəmi 2254 (iki min iki yüz əlli dörd) manat; həmçinin **********0467 saylı kredit müqaviləsi üzrə 4085,41 manat əsas, 30,26 manat faiz borcu olmaqla, cəmi 4115,67 (dörd min yüz on beş manat altmış yeddi qəpik) manat məbləğində pul və 83,70 (səksən üç manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 oglu və X1 oglundan müştərək qaydada **********0454 saylı kredit müqaviləsi üzrə 2236,20 manat əsas, 17,80 manat faiz borcu olmaqla cəmi 2254 (iki min iki yüz əlli dörd) manat; həmçinin **********0467 saylı kredit müqaviləsi üzrə 4085,41 manat əsas, 30,26 manat faiz borcu olmaqla, cəmi 4115,67 (dörd min yüz on beş manat altmış yeddi qəpik) manat məbləğində pul və 83,70 (səksən üç manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1072/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1072/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver