Məhkəmə qərarları › İş №e-2(027)-1100/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1100/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1100/2023 30.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı «Unibank” KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Unibank” KB ASC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 592.40 manat borc və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü və işə baxılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi və əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-nə qaytarılsın. Qəraradad iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun (təyinatı: Quba Rayon Məhkəməsi, ödəyicinin adı: "xxxx" KB ASC, mədaxil qəbzinin nömrəsi: **********, Ödəniş Tarixi:xx.xx.2023, Büdcə səviyyə kodu: ödənişi edən şəxsə - "xxxx" KB ASC-ə geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar