Məhkəmə qərarları › İş №e-2(027)-1107/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1107/2025

17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1107/2025 17.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, İddiaçı “Azərbaycan Karton Qutu X1” Mədud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünü araşdırıb M ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azərbaycan Karton Qutu X1" MMC-dən 35.000 (otuz beş min) manatını və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan 2 ay müddətə bank uçot dərəcəsi % 10 müəyyən edilməklə 23175 (iyirmi üç min yüz yetmiş beş) ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı ilə ekvivalenti ödənilmiş 314 manat dövlət rüsumunun cavabdeh "Azərbaycan Karton Qutu X1" MMC-dən tutulub İddiaçı oğödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarına əsasən kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ********** nömrəli VÖEN (“Təbiət” Müstəqil Kooperativi) əsasında kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmişdir. Hazırkı halda mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan MMC ilə (“Təbiət” Müstəqil Kooperativi) sahibkarlı fəaliyəti ilə məşğul olan şəxs arasında yarandığından və tərəflər arasındaki mübahisə kommersiya fəaliyyəti ilə əlaqədar olduğundan məhkəmə hesab edir ki, işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı “Azərbaycan Karton Qutu X1” Mədud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın və ona müvafiq tələblə aidiyyat üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar