Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1135/2022 10.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı “Bank Respublika” ASCnin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələrə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı “Bank Respublika” ASC kiçik mübahisələrə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Bank Respublika” ASC-nin xeyrinə 4305 (dörd min beş) manat 86 qəpik əsas, 24 (iyirmi dörd) manat 60 qəpik faiz borcu, cəmi 4330 (dörd min üç yüz otuz) manat 46 qəpik məbləğində borc və 63 (altımış üç) manat 31 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Bank Respublika” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış 016CASA192380015 saylı 26.08.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Cavabdeh1 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5120.86 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı məqsədilə Cavabdeh2 ilə 008FİZAM40135203 saylı 26.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 06.12. 2021-ci il tarixə İddiaçı ASC-yə 4305 (dörd min beş) manat 86 qəpik əsas, 24 (iyirmi dörd) manat 60 qəpik faiz borcu, cəmi 4330 (dörd min üç yüz otuz) manat 46 qəpik məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlər dəfələrlə şifahi və bildirişlə müraciət olunmağına baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Bank Respublika” ASC-nin xeyrinə 4305 (dörd min beş) manat 86 qəpik əsas, 24 (iyirmi dörd) manat 60 qəpik faiz borcu, cəmi 4330 (dörd min üç yüz otuz) manat 46 qəpik məbləğində borc və 63 (altımış üç) manat 31 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 016CASA192380015 saylı 26.08.2019-cu il tarixli güzəşətli kredit müqaviləsinə əsasən Cavabdeh1 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5120.86 manat məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 ilə 008FİZAM40135203 saylı 26.08.2019cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır 28.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26.08.2019-cu il tarixli 016CASA192380015 saylı güzəşətli kredit müqaviləsi üzrə 4305 (dörd min beş) manat 86 qəpik əsas, 24 (iyirmi dörd) manat 60 qəpik faiz borcu, cəmi 4330 (dörd min üç yüz otuz) manat 46 qəpik borcu yaranmışdır; 15.03.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 63 (altımış üç) manat 31 qəpik qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı "xxxx" ASC Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış oğlunun 26.08.2019-cu il tarixli 016CASA192380015 saylı güzəştli kredit müqaviləsinə əsasən, cavabdehə 5120.86 manat məbləğində kredit verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə kredit təşkilatına 4330 (dörd min üç yüz otuz) manat 46 qəpik borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi” üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 63 (altımış üç) manat 31 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Kiçik mübahisələrə dair iddia ərizə təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, müştərək qaydada, 4305 (dörd min beş) manat 86 qəpik əsas borc, 24 (iyirmi dörd) manat 60 qəpik faiz borcu, cəmi 4330 (dörd min üç yüz otuz) manat 46 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 63 (altımış üç) manat 31 qəpik məbləğində pul vəsaiti tutulub “Bank Respublika” ASC-nin xeyrinə ödənilsin. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1135/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1135/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver