Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1149/2025 01.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, hakim Məmmədov Samir Əlibala oğlu, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 2618 manat 92 qəpik, kredit üzrə faiz borcunun məbləği 242 manat 62 qəpik, hesablanmış cərimə məbləği 12 manat 13 qəpik olmaqla, cəmi 2873 manat 67 qəpik məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 48 manat 74 qəpik məbləğdə dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "MONETRİ BOKT” MMC Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli 7173/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh - Cavabdeh1 36 ay müddətinə illik 24 % olmaqla, 3000 manat məbləğdə “Mikro Biznes” məqsədi ilə kredit verilmişdir. 23 yanvar 2024-cü il tarixli, 7173 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında 23 yanvar 2024-cü il tarixli, 7173 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 23 yanvar 2024-cü il tarixli, 7173/1 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Cavabdeh1 müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 23 yanvar 2024-cü il tarixli, 7173/1 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 2618 manat 92 qəpik, kredit üzrə faiz borcunun məbləği 242 manat 62 qəpik, hesablanmış cərimə məbləği 12 manat 13 qəpik olmaqla, cəmi 2873 manat 67 qəpik təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanmış, buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli 7173/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə illik 24 % olmaqla, 3000 manat məbləğdə “Mikro Biznes” məqsədi ilə kredit verilmişdir; İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış 23 yanvar 2024-cü il tarixli 7173/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 kredit üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür; maliyyə arayışından görünür ki, cavabdehlərin İddiaçı BOKT MMC-yə 2618 manat 92 qəpik əsas, 242 manat 62 qəpik faiz, 12 manat 13 qəpik cərimə olmaqla, cəmi 2873 manat 67 qəpik məbləğdə kredit borcunun yaranmışdır; xəbərdarlıq görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göstərilən məbləği ödəməyəcəyi təqdirdə barələrində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişlər; mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 48 manat 74 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqaviləyə əsasən, sonuncu kredit təşkilatından kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 48 manat 74 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 23 yanvar 2024-cü il tarixli 7173/1 nömrəli kredit müqaviləsi üzrə hesablanmış 2618 manat 92 qəpik əsas, 242 manat 62 qəpik faiz, 12 manat 13 qəpik cərimə olmaqla, cəmi 2873 manat 67 qəpik məbləğdə kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 48 manat 74 qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1149/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1149/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver