Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1150/2024 24.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X10 və X15 qarşı icarə müqaviləsi üzrə pulun ödəniməsi vən qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 2024-cü ilin yanvar və fevral ayları üzrə ödənilməmiş icarə haqqı olan 280 manat pulun, dəymiş maddi ziyana görə 200 manat və ödənilmiş 30 azn dövlət rüsumun, eləcə də dəymiş maddi ziyana görə X11 200 manat məbləğində pulun tutularaq ona ödənilməsini, cavabdehlər X10 və X14 ona məxsus Quba şəhəri, Heydər Əliyev pr, 210 ünvanında yerləşən “Təmir sexindən” çıxarılmasına dair qətnamə qəbul edilməsimi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X12 ilə aralarında olan xx.xx.2024-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi, cavabdeh X6 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə ödənilməmiş icarə haqqı olan 400 manat pulun, dəymiş maddi ziyana görə 200 manat, ödənilmiş 100 azn dövlət rüsumu və hüquqi xidmətə görə 300 manat, ümumilikdə Aydın Quliyevdən 1000 manat məbləğin, eləcə də dəymiş maddi ziyana görə X11 200 manat məbləğində pulun tutularaq ona ödənilməsi, cavabdehlər X10 və X14 ona məxsus Heydər Əliyev pr, 210 ünvanında yerləşən “Təmir sexindən” çıxarılmaları və həmin təmir sexində olan təmir sexində istifadə etdikləri əmlakların çıxarılaraq sexin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edilsə də, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə işə mülki məhkəmə icraatında baxılması qeyd olunmuşdur. Bu səbəbdən hazırkı iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı, yəni icarəçi (sadəcə fiziki şəxs) İddiaçı ilə cavabdeh - X4 (VÖEN olan fiziki şəxs) arasında Qeyri-yaşayış sahəsinin İcarəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanılaraq Heydər Əliyev pr, 210 ünvanında yerləşən “Təmir sexinin” 58 kv metr hissəsi icarəyə verilmişdir. Həmin İcarə müqavilənin 2.3-cü bəndinə əsasən “İcarədar” X10 qarşılıqlı razılaşmaya əsasən hər ayın 25-i tarixinə 140 manat aylıq icarə haqqını “İcarəyə verən”ə yəni, ona İddiaçı nəğd şəkildə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, 2024-cü ilin yanvar və fevral ayları üzrə “İcarədar” X10 icarə ödənişini qərəzli şəkildə əməl etməyərək müqavilə üzrə öhdəliklərini pozmuşdur. X1 2024-cü ilin yanvar ayı üzrə ödənişin həyata keçirmədiyindən ilkin olaraq prentenziya məzmunlu məktub ünvanlanaraq ödənişi etməsi (hətta həmin müraciətdə ödənişi nəğd qaydadan başqa istənilən üsulla ödəmək də təklif edilmişdir) barədə xəbərdarlıq edilmişdir. Həmin müraciətə “İcarədar” X10 tərəfindən hər hansı reaksiya verilməyərək hər hansı ödəniş növbəti ay olan fevral ayı üzrə də edilməyərək müqavilə öhdəliklərini təkrarən pozmuşdur. Bundan başqa, aralarında bağlanan icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, İcarədar icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməməsinə dair müddəa təsbit olunmuşdur. Lakin, X10 bu öhdəliyini də pozaraq həmin icarəyə götürdüyü əmlakın yarı hissəsini müqaviləyə zidd şəkildə ikinici cavabdeh olan X2 vermişdir. Qeyd edilmiş qanunsuz subicarə üzrə istər X1, istərsə də qanunsuz şəkildə əmlakdan istifadə edən X15 rəsmi qaydada pretenziya məktubu göndərilərək bu qanunsuzluğun dayandırılması tələb edilsə də hər hansı nəticə əldə edilməmişdir. Sadalanan hallarla bağlı edilmiş öhdəliklərin əməl edilməsi üçün “İcarədar” X8 iki aydan çox müddət verilsə də sonuncu öz öhdəliklərinə əməl etməyərək qərəzli hərəkətlərinə davam etdirdiyindən sonuncuya üçüncü dəfə yazılı qaydada məlumat verilərək icarə müqaviləsinə xitam verilməsi bildirilmişdir. “İcarədar” X10, eləcə də vətəndaş X16 qanunsuz olaraq və hər hansı icarə haqqı vermədən ona məxsus qeyri yaşayış sahəsindən istifadəyə son qoyaraq həmin ərazidən çıxarılmaqla bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq həmin şəxslər mülkiyyət hüququmu pozaraq ona maddi və mənəvi ziyan vurmaqda davam etmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 ərizəyə uyğun izahat verərək, dəymiş ziyana görə tələb olunmuş 200 manat məbləğində pul əldən çıxmış fayda olduğunu, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin iddianın həcminin artırılması barədə ərizə təqdim edərək X10 ilə aralarında olan xx.xx.2024-cü il tarixli müqavilənin ləğv edilməsi, X6 2024-cü ilin yanvar və fevral ayları üzrə ödənilməmiş icarə haqqı olan 40 manat pulun, dəymiş maddi ziyana görə 200 manat və ödənilmiş 100 azn dövlət rüsumun, hüquqi xidmətə görə 300 manat, eləcə də dəymiş maddi ziyana görə X11 200 manat məbləğində pulun tutularaq ona ödənilməsini, cavabdehlər X10 və X14 ona məxsus Quba şəhəri, Heydər Əliyev pr, 210 ünvanında yerləşən “Təmir sexindən” çıxarılmasına və sexdə cavabdehlərə məxsus əmlakların çıxarıldılaraq sexin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər X7 və X14 vəkili X20 iddiaya etiraz edərək müqavilənin notarial qaydada təsdiq olunmadığını, ona görə də etibarlı olmadığını, habelə iddiaçının adına verilmiş çıxarışların mübahisələndiriləcəyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Sonrakı məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehlərin vəkilinin izahatlarını dinləyib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialınd olan qeyri yaşayış sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış. İcarədar qarşılıqlı razılaşmaya əsasən hər ayın 25-i tarixinə 140 manat aylıq icarə haqqını icarəyə verənə nəğd şəkildə ödəyir. İş materiallarında olan **********30-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışından görünür ki, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən 2626.2 kv.m olan əmlak kompleksi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, İddiaçı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi ilə bağlı X8 rəsmi qaydada müraciət etmişdir. İş materiallarında olan 3xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 300 manat məbləğində pul ödəmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan Hüquqları və X13 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 684.2-ci maddəsinə əsasən kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur İddiaçı ilə X10 arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmış və Quba şəhəri, Heydər Əliyev pr, 210 ünvanında yerləşən qeyriyaşayış sahəsini aylıq icarə haqqı 140 manat olmaqla cavabdehə icarəyə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdeh icarə müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş və onun 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə 400 manat borcu yaranmışdır. Ona görə də, Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, iddiaçı cavabdehdən dəymiş maddi ziyana görə 200 manat məbləğində pulun onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X10 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən iddia tələbi həmin hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh X11 200 manat tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən icarə müqaviləsi cavabdeh X10 ilə bağlanmışdır. Qeyd olunan müqavilə üzrə cavabdeh kimi X16 tərəf olmamış, üzərinə digər qaydada öhdəlik götürməmişdir və X16 tərəfindən digər ziyan vurulması dair sübutlar təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia X11 200 manat zərər tutulmasna aid hissədə iddia təmin edilməməlidir. İddiaçının icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsinə dair cavabdehlə arasındakı xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə cavadehin öz üzərinə götürdüyü öhdəliyi icra etmədiyi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğu üçün təmin edilməli və İddiaçı ilə X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi ləğv edilməlidir. .Məhkəmənin qənaətinə görə, mübahisəli əmlaka dair İddiaçı ilə X10 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə tələbin təmin edilməsi, bu tələbdən irəli gələn cavabdeh X10 və X14 əşyaları ilə birlikdə İddiaçı məxsus Heydər Əliyev pr, 210 ünvanında yerləşən “təmir sexindən” çıxarılmalı tələblərin də əsaslı olduğu rəvac verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və X13 haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdeh X7 iddiaçının mülkiyyətçisi olduğu qeyri-yaşayış sahəsi üzərindəki faktiki vasitəsiz sahibliyi icarə müqaviləsinin ləğv olunması səbəbindən hər hansı hüquqi əsasa söykənmir. Bu isə o deməkdir ki, mübahisə mövzusu olan əmlak (təmir sexi) cavabdeh X7 qanunsuz sahibliyindədir. Bu hal isə şübhəsiz iddiaçının sözügedən əmlaka mülkiyyət hüquqlarının “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Mübahisəli əmlakın X7 qanunsuz sahibliyində olması nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Buna görə də cavabdehlər Quba şəhəri, Heydər Əliyev pr, 210 ünvanında yerləşən əmlakdan (təmir sexindən) ona məxsus əşyalarla birlikdə çıxarılmalı və mübahisəli əmlak cavabdehlər tərəfindən boşaldılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “mülkiyyətə hər hansı müdaxilə qanuni olmaqla həmçinin proporsionallıq tələblərinə də uyğun olmalıdır. Cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxslərin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında əlverişli qərar qəbul edilməlidir və belə əlverişli qərarın axtarışı bütövlükdə Konvensiyaya məxsusdur... Ərizəçi hətta saxta sənədlər əsasında və ya dələduzluq yolu ilə özəlləşdirilmiş mənzili alarkən milli qanunvericiliyin bütün tələblərinə əməl etdiyindən vicdanlı alıcı hesab edilməlidir və onun sonradan Moskva şəhər Mənzil İstismar İdarəsinin iddiasına əsasən üç ildən artıq müddətdə yaşadığı mənzildən əvəzi ödənilmədən çıxarılması ərizəçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir”. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilməli, cavabdeh X6 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə ödənilməmiş icarə haqqı olan 400 manat pul, dəymiş maddi ziyana görə 200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, cavabdeh X10 və X16 əşyaları ilə birlikdə İddiaçı məxsus Heydər Əliyev pr, 210 ünvanında yerləşən “təmir sexindən” çıxarılmalı və təmir sexi boşaldılmalıdır. İddia tələbi ilə 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması xahiş olunmuşdur.İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, X10 və X11 dövlət rüsumu üçün ödənilmiş 100 manat cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin, iddiaçının hüquqi xidmətlərin göstərilməsi ilə bağlı ödədiyi 300 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə X12 arasında bağlanmış xx.xx.2024-cü il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə ləğv edilsin. X6 2024-cü ilin yanvar, fevral və mart ayları üzrə ödənilməmiş icarə haqqı olan 400 manat pul, dəymiş maddi ziyana görə 200 manat, cəmi 600 (altı yüz) manat tutularaq İddiaçı ödənilsin. X10 və X16 əşyaları ilə birlikdə İddiaçı məxsus Heydər Əliyev pr, 210 ünvanında yerləşən “təmir sexindən” çıxarılsınlar və və təmir sexi boşaldılsın. X6 və X11 dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat və 300 (üç yüz) manat hüquqi xidmət xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1150/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1150/2024
24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver