Məhkəmə qərarları › İş №e-2(027)-1154/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1154/2022

17.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1154/2022 17.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixə yaranmış xx.xx.2021 -ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 376.7 manat əsas, 56,5 manat cərimə, cəmi 433.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 423.3 manat əsas, 63.4 manat cərimə, cəmi 486.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 56.5 manat əsas, 8.4 manat cərimə, cəmi 64.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 103.9 manat əsas, 15.5 manat cərimə, cəmi 119.4 manat, xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 570 manat əsas, 85.5 manat cərimə, cəmi 655.5 manat, ümumilikdə 1759.7 manat borcun və 37.60 manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung A217” markalı telefon və “Honor” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 621 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “X2 10” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla, cəmi 477.3 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı elektron skuterə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla, cəmi 68.5 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqısatqı müqaviləsinə əsasən aldığı “Honor” markalı qulaqcığa görə 17 ay ödəniş cədvəli üzrə hər ay 7 manat olmaqla, cəmi 117.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı velisopedə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 604 manat, beş müqavilə üzrə ümumilikdə 1889.4 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 70 manat, xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə 24 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 6 manat, , xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 14 manat, xx.xx.2021-ci il tarixli ********* müqavilə üzrə 34 manat ödəniş etmiş, qalıq qalmış 1530.4 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 2293 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i MMC tərəfindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 229.3 manat "xxxx" MMC-yə ödənilməli və Cavabdeh xx.xx.2022-ci il tarixə yaranmış xx.xx.2021 -ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 376.7 manat əsas, 56,5 manat cərimə, cəmi 433.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 423.3 manat əsas, 63.4 manat cərimə, cəmi 486.7 manat, xx.xx.2021ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 56.5 manat əsas, 8.4 manat cərimə, cəmi 64.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 103.9 manat əsas, 15.5 manat cərimə, cəmi 119.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 570 manat əsas, 85.5 manat cərimə, cəmi 655.5 manat, ümumilikdə 1759.7 manat borcun və 37.60 manat ödənilmiş dövlət rüsumunun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Мəhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Samsung A217” markalı telefon və “Honor” markalı qulaqcığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 35 manat olmaqla, cəmi 621 manat; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “X2 10” markalı telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 27 manat olmaqla, cəmi 477.3 manat; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı elektron skuterə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 6 manat olmaqla, cəmi 68.5 manat; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı “Honor” markalı qulaqcığa görə 17 ay ödəniş cədvəli üzrə hər ay 7 manat olmaqla, cəmi 117.9 manat; xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən aldığı velisopedə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 34 manat olmaqla, cəmi 604 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nə xx.xx.2021 -ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 376.7 manat əsas, 56,5 manat cərimə, cəmi 433.2 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 423.3 manat əsas, 63.4 manat cərimə, cəmi 486.7 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 56.5 manat əsas, 8.4 manat cərimə, cəmi 64.9 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 103.9 manat əsas, 15.5 manat cərimə, cəmi 119.4 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 570 manat əsas, 85.5 manat cərimə, cəmi 655.5 manat, məbləğində borcu yaranmışdır; İş materiallarında olan xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-nə olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyt vəsiqəsinin surətindən və MAPS arayışdan görünürki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Həmin Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı niiqaviləsi üzrə 376 (üç yüz yetmiş altı) manat 70 qəpik əsas borc, 6 (altı) manat 50 qəpik cərimə borcu, cəmi 383 (üç yüz səksən üç) manat 20 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 423 (dörd yüz iyirmi üç) manat 30 qəpik əsas borc, 10 (on) manat 40 qəpik cərimə borcu, cəmi 433 (dörd yüz otuz üç) manat 70 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 56 (əlli altı) manat 50 qəpik əsas borc, 1 *bir) mant 40 qəpik cərimə borcu, cəmi 57 (əlli yeddi) manat 90 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 103 (yüz üç) manat 90 qəpik əsas borc, 2 (iki) manat 50 qəpik cərimə borcu, cəmi 106 (yüz altı) manat 40 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 570 (beş yüz yetmiş) manat əsas borc, 5 (beş) manat 50 qəpik cərimə borcu, cəmi 585 (beş yüz səksən beş) manat 50 qəpik, ümumilikdə 1556 (min beş yüz əlli altı) manat 70 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat 60 qəpik məbləğdə pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı niiqaviləsi üzrə 376 (üç yüz yetmiş altı) manat 70 qəpik əsas borc, 6 (altı) manat 50 qəpik cərimə borcu, cəmi 383 (üç yüz səksən üç) manat 20 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 423 (dörd yüz iyirmi üç) manat 30 qəpik əsas borc, 10 (on) manat 40 qəpik cərimə borcu, cəmi 433 (dörd yüz otuz üç) manat 70 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 56 (əlli altı) manat 50 qəpik əsas borc, 1 *bir) mant 40 qəpik cərimə borcu, cəmi 57 (əlli yeddi) manat 90 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 103 (yüz üç) manat 90 qəpik əsas borc, 2 (iki) manat 50 qəpik cərimə borcu, cəmi 106 (yüz altı) manat 40 qəpik borc, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 570 (beş yüz yetmiş) manat əsas borc, 5 (beş) manat 50 qəpik cərimə borcu, cəmi 585 (beş yüz səksən beş) manat 50 qəpik, ümumilikdə 1556 (min beş yüz əlli altı) manat 70 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 37 (otuz yeddi) manat 60 qəpik məbləğdə pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar