Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1173/2022 11.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04.06.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2594,66 (iki min beş yüz doxsan dörd manat altmış altı qəpik) manat məbləğində əsas, 294,44 (iki yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində faiz olmaqla, cəmi 2889,10 (iki min səkkiz yüz səksən doqquz manat on qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 48,89 (qırx səkkiz manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.06.2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 2654,40 (iki min altı yüz əlli dörd manat qırx qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 14.03.2022-ci il tarixə İddiaçı ASC-yə 04.06.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2594,66 (iki min beş yüz doxsan dörd manat altmış altı qəpik) manat məbləğində əsas, 294,44 (iki yüz doxsan dörd manat qırx dörd qəpik) manat məbləğində faiz olmaqla, cəmi 2889,10 (iki min səkkiz yüz səksən doqquz manat on qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 04.06.2021-ci il tarixli RGTK3738105A158 saylı kredit müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, Cavabdeh illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 2654,40 (iki min altı yüz əlli dörd manat qırx qəpik) manat məbləğində kredit ayrılmış, Cavabdeh kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür; maliyyə arayışından görünür ki, Cavabdeh 04.06.2021-ci il tarixli RGTK3738105A158 saylı kredit müqaviləsi üzrə 14.03.2022-ci il tarixə 2594,66 (iki min beş yüz doxsan dörd manat altmış altı qəpik) manat əsas məbləğ üzrə, 294,44 (iki yüz doxsan dörd manat qırx dörd qəpik) manat faiz olmaqla, cəmi 2889,10 (iki min səkkiz yüz səksən doqquz manat on qəpik) manat borcu yaranmışdır; 23.10.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 16.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 48,89 (qırx səkkiz manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC arasında 04.06.2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, cavabdehə illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 2654,40 (iki min altı yüz əlli dörd manat qırx qəpik) manat məbləğində kredit ayrılmış və sonuncu krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 48,89 (qırx səkkiz manat səksən doqquz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 04.06.2021-ci il tarixli RGTK3738105A158 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2594,66 (iki min beş yüz doxsan dörd manat altmış altı qəpik) manat, faiz borcuna görə 294,44 (iki yüz doxsan dörd manat qırx dörd qəpik) manat olmaqla, cəmi 2889,10 (iki min səkkiz yüz səksən doqquz manat on qəpik) manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi olan 48,89 (qırx səkkiz manat səksən doqquz qəpik) manat məbləğində vəsait Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1173/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1173/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver