Məhkəmə qərarları › İş №e-2(027)-1219/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1219/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1219/2022 18.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıASC kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.04.2021-ci il tarixli GTKR3614133A165 saylı kredit müqaviləsinə əsasən 961 (doqquz yüz altımış bir) manat 50 qəpik əsas, 175 (yüz yetmiş beş) manat 05 qəpik faiz, cəmi 1136 (min yüz otuz altı) manat 55 qəpik məbləğində borcun; 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən 2789 (iki min yeddi yüz səksən doqquz) manat 30 qəpik əsas, 568 (beş yüz altımış səkkiz) manat 13 qəpik faiz, cəmi 3357 (üç min üç yüz əlli yeddi) manat 43 qəpik məbləğində borcun və 64 (altımış dörd) manat 93 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 29.04.2021-ci il tarixli GTKR3614133A165 kredit müqaviləsinə əsasən ona illik 27 % faiz dərəcəsi olmaqla, 35 ay müddətinə 1000 (bir min) manat məbləğində və 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən ona illik 25 % faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan Cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə cavabdehin 17.03.2022-ci il tarixə Kapital Bank» ASC-yə 29.04.2021-ci il tarixli GTKR3614133A165 saylı kredit müqaviləsinə əsasən 961 (doqquz yüz altımış bir) manat 50 qəpik əsas, 175 (yüz yetmiş beş) manat 05 qəpik faiz, cəmi 1136 (min yüz otuz altı) manat 55 qəpik məbləğində və 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən 2789 (iki min yeddi yüz səksən doqquz) manat 30 qəpik əsas, 568 (beş yüz altımış səkkiz) manat 13 qəpik faiz, cəmi 3357 (üç min üç yüz əlli yeddi) manat 43 qəpik məbləğində borcun borcu yaranmışdır. Bank tərəfindən şifahi qaydada xəbərdar edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir, İddiaçı Cavabdeh həmin borcun və 64 (altımış dörd) manat 93 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kapital Bank» ASC ilə Cavabdeh arasında bağlanmış 29.04.2021-ci il tarixli GTKR3614133A165 kredit müqaviləsinə əsasən ona illik 27 % faiz dərəcəsi olmaqla, 35 ay müddətinə 1000 (bir min) manat məbləğində cavabdehə kredit verilmişdir. Kapital Bank» ASC ilə Cavabdeh arasında bağlanmış 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən ona illik 25 % faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. 29.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 29.04.2021-ci il tarixli GTKR3614133A165 saylı kredit müqaviləsinə əsasən 961 (doqquz yüz altımış bir) manat 50 qəpik əsas, 175 (yüz yetmiş beş) manat 05 qəpik faiz, cəmi 1136 (min yüz otuz altı) manat 55 qəpik məbləğində borcu; 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən 2789 (iki min yeddi yüz səksən doqquz) manat 30 qəpik əsas, 568 (beş yüz altımış səkkiz) manat 13 qəpik faiz, cəmi 3357 (üç min üç yüz əlli yeddi) manat 43 qəpik məbləğində borcu yaranmışdır; 31.11.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; 28.03.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 64 (altımış dörd) manat 93 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçıASC Quba filialı ilə Cavabdeh arasında bağlanmış 29.04.2021-ci il tarixli GTKR3614133A165 kredit müqaviləsinə əsasən ona illik 27 % faiz dərəcəsi olmaqla, 35 ay müddətinə 1000 (bir min) manat; 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən illik 25 % faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə 29.04.2021-ci il tarixli GTKR3614133A165 saylı kredit müqaviləsinə əsasən cəmi 1136 (min yüz otuz altı) manat 55 qəpik məbləğində borcu; 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən, cəmi 3357 (üç min üç yüz əlli yeddi) manat 43 qəpik məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 64 (altımış dörd) manat 93 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 29.04.2021-ci il tarixli GTKR3614133A165 saylı kredit müqaviləsinə əsasən 961 (doqquz yüz altımış bir) manat 50 qəpik əsas borc, 175 (yüz yetmiş beş) manat 05 qəpik faiz borcu, cəmi 1136 (min yüz otuz altı) manat 55 qəpik məbləğində borc və 23.11.2020-ci il tarixli BRED33253139A218 saylı kredit xətti müqaviləsinə əsasən 2789 (iki min yeddi yüz səksən doqquz) manat 30 qəpik əsas borc, 568 (beş yüz altımış səkkiz) manat 13 qəpik faiz borcu, cəmi 3357 (üç min üç yüz əlli yeddi) manat 43 qəpik borc və dövlət büdcəsinə köçürülmüş 64 (altımış dörd) manat 93 qəpik dövlət rüsumu İddiaçıASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar