Məhkəmə qərarları › İş №e-2(027)-1220/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1220/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1220/2022 17.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən 3257,72 AZN əsas və 419,78 AZN faiz borcu olmaqla, cəmi 3677,50 AZN məbləğində borcun, 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən 449,99 AZN əsas, 85,64 AZN faiz borcu olmaqla, cəmi 535,63 AZN borcun və ödənilmiş 62,13 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 3800 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 17.03.2022-ci il tarixə İddiaçı ASCnə 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən 3257,72 AZN əsas; 419,78 AZN faiz; cəmi 3677,50AZN borcu, 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən 449,99 AZN əsas; 85,64 AZN faiz; cəmi 535,63 AZN borcu yaranmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 3800 AZN manat məbləğində kredit verilmişdir. 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin 17.03.2022-ci il tarixə İddiaçı ASC-nə 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən 3257,72 AZN əsas; 419,78 AZN faiz; cəmi 3677,50AZN borcu, 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən 449,99 AZN əsas; 85,64 AZN faiz; cəmi 535,63 AZN məbləğində kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəyə əlavə olunmuş 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 48 ay müddətinə illik 27,84 faiz dərəcəsi ilə 3800 AZN məbləğində kredit verilmişdir. Ərizəyə əlavə olunmuş 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Ərizəyə əlavə olunmuş 29.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 17.03.2022-ci il tarixə İddiaçı ASC-nə 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən 3257,72 AZN əsas; 419,78 AZN faiz; cəmi 3677,50AZN borcu, 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən 449,99 AZN əsas; 85,64 AZN faiz; cəmi 535,63 AZN borcu yaranmışdır. Ərizəyə əlavə olunmuş 29.10.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh gecikdirdiyi borcunu xəbərdarlığı aldığı tarixdən 5 gün müddətindən gec olmayaraq banka ödəməli olduğu barədə xəbərdar edilmişdir. Ərizəyə əlavə olunmuş 28.03.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 62,13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun İddiaçı ASC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsi üzrə 3677,50 manat və 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsi üzrə 535,63 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 62,13 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 01.07.2020-ci il tarixli, GTKT2448334A123 saylı kredit müqaviləsinə əsasən 3257,72 manat əsas və 419,78 manat faiz borcu olmaqla, cəmi 3677,50 manat məbləğində borcun, 31.08.2020-ci il tarixli, BRED2530310A165 saylı kredit xətti müqaviləsinə əsasən 449,99 manat əsas, 85,64 manat faiz borcu olmaqla, cəmi 535,63 manat və 62,13 (əlli bir manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar