Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1237/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetlərinin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi ” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 540 (beş yüz qırx) manat əsas, 60 (altımış) manat 28 qəpik faiz, 108 (yüz səkkiz) manat cərimə olmaqla, cəmi 708 yeddi yüz səkkiz) manat 28 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş əyarı-750, çəkisi-2.2 qr. olan 1 ədəd boyunbağı, əyarı-583, çəkisi-2 qr. olan 1 ədəd kulon, əyarı-583, çəkisi-2.1 qr. olan 1 ədəd sırğa, əyarı-583, çəkisi-4 qr. olan 1 ədəd üzükdən ibarət olan qızıl-zinət əşyalarına yönəldilməsi; bu əmlakların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB- 06226 saylı kredit müqaviləsi üzrə 540 (beş yüz qırx) manat əsas, 60 (altımış) manat 28 qəpik faiz, 108 (yüz səkkiz) manat cərimə olmaqla, cəmi 708 yeddi yüz səkkiz) manat 28 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində pulun ödənilməsi, açıq həracda satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tutmanın Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Xəyalə Məmmədova ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandımışdır ki, Rabitəbank” ASC-nin Quba filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla, 12 ay müddətinə 540 (beş yüz qırx) manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan əyarı- 750, çəkisi-2.2 qr. olan 1 ədəd boyunbağı, əyarı-583, çəkisi-2 qr. olan 1 ədəd kulon, əyarı-583, çəkisi-2.1 qr. olan 1 ədəd sırğa, əyarı-583, çəkisi-4 qr. olan 1 ədəd üzükdən ibarət oaln qızıl-zinət əşyaları banka girov qoyulmuş, həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Rabitəbank” ASC-nin Quba filialına saxlanca verilmişdir. xx.xx.2021-ci il tarixli QBLMB- 06226 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh - Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 540 (beş yüz qırx) manat əsas, 60 (altımış) manat 28 qəpik faiz, 108 (yüz səkkiz) manat cərimə olmaqla, cəmi 708 yeddi yüz səkkiz) manat 28 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması; Cavabdeh məxsus olan girov qoyulmuş əyarı-750, çəkisi-2.2 qr. olan 1 ədəd boyunbağı, əyarı-583, çəkisi-2 qr. olan 1 ədəd kulon, əyarı-583, çəkisi-2.1 qr. olan 1 ədəd sırğa, əyarı-583, çəkisi-4 qr. olan 1 ədəd üzükdən ibarət oaln qızıl-zinət əşyalarına yönəldilməsi; bu əmlakların hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı kredit müqaviləsi üzrə 540 (beş yüz qırx) manat əsas, 60 (altımış) manat 28 qəpik faiz, 108 (yüz səkkiz) manat cərimə olmaqla, cəmi 708 yeddi yüz səkkiz) manat 28 qəpik kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində pulun ödənilməsi, açıq həracda satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdeh X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı Rabitəbank” ASC-nin Quba filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla, 12 ay müddətinə 540 (beş yüz qırx) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı kredit müqaviləsi üzrə 540 (beş yüz qırx) manat əsas, 60 (altımış) manat 28 qəpik faiz, 108 (yüz səkkiz) manat cərimə olmaqla, cəmi 708 yeddi yüz səkkiz) manat 28 qəpik məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan əyarı-750, çəkisi-2.2 qr. olan 1 ədəd boyunbağı, əyarı-583, çəkisi-2 qr. olan 1 ədəd kulon, əyarı-583, çəkisi-2.1 qr. olan 1 ədəd sırğa, əyarı-583, çəkisi-4 qr. olan 1 ədəd üzükdən ibarət oaln qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh məxsus olan əyarı-750, çəkisi-2.2 qr. olan 1 ədəd boyunbağı, əyarı-583, çəkisi-2 qr. olan 1 ədəd kulon, əyarı- 583, çəkisi-2.1 qr. olan 1 ədəd sırğa, əyarı-583, çəkisi-4 qr. olan 1 ədəd üzükdən ibarət oaln qızılzinət əşyaları Rabitəbank” ASC-nin Quba filialına saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı ASC iddia ərizəsinə görə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, Rabitəbank” ASC-nin Quba filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB-06226 saylı kredit müqaviləsinə əsasən illik 29% dərəcəsi olmaqla, 12 ay müddətinə 540 (beş yüz qırx) manat məbləğində cavabdehin kredit alması, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan əyarı-750, çəkisi-2.2 qr. olan 1 ədəd boyunbağı, əyarı-583, çəkisi-2 qr. olan 1 ədəd kulon, əyarı-583, çəkisi-2.1 qr. olan 1 ədəd sırğa, əyarı-583, çəkisi-4 qr. olan 1 ədəd üzükdən ibarət oaln qızıl-zinət əşyaları banka girov qoyulması, həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən Rabitəbank” ASC-nin Quba filialına saxlanca verilməsi, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı ASC-yə 540 (beş yüz qırx) manat əsas, 60 (altımış) manat 28 qəpik faiz, 108 (yüz səkkiz) manat cərimə olmaqla, cəmi 708 yeddi yüz səkkiz) manat 28 qəpik məbləğində borcunun qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 288.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanı saxlayan və ya saxlamalı olan girov saxlayan onu özgəsinin qanunsuz sahibliyindən, o cümlədən girov qoyanın sahibliyindən tələb edə bilər. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən saxlanc elə girovdur ki, onun predmeti girov saxlayanın sahibliyinə verilir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək hesab edir ki, iş üzrə Cavabdeh xx.xx.2021-ci il tarixli QBLM-06226 saylı kredit müqaviləsi üzrə 540 manat əsas borc, 60 (altmış) manat 28 qəpik məbləğində faiz borcu, 18 (on səkkiz) manat cərimə borcu, cəmi 618 ( altı yüz on səkkiz) manat 28 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməli, tutma girov predmetləri olan 1 ədəd boyunbağı çəkisi 2.2 qram, əyarı 750, qiyməti 231,44 manat, 1 ədəd kulon, çəkisi 2 qram, əyarı 583, qiyməti 162,98 manat, 1 ədəd sırğa, çəkisi 2,1 qram, əyarı 583, qiyməti 171,13 manat manat, 1 ədəd üzük, çəkisi 4 qram, əyarı 583, qiyməti 325,96 manat yönəldilməli, həmin girov predmetləri göstərilən ilkin satış qiyməti ilə açıq hərracdan satılmalı, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-nə olan kredit borcu ödənilməli və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli QBLM-06226 saylı kredit müqaviləsi üzrə 540 manat əsas borc, 60 (altmış) manat 28 qəpik məbləğində faiz borcu, 18 (on səkkiz) manat cərimə borcu, cəmi 618 ( altı yüz on səkkiz) manat 28 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma girov predmetləri - 1 ədəd boyunbağı çəkisi 2.2 qram, əyarı 750, qiyməti 231,44 manat, 1 ədəd kulon, çəkisi 2 qram, əyarı 583, qiyməti 162,98 manat, 1 ədəd sırğa, çəkisi 2,1 qram, əyarı 583, qiyməti 171,13 manat manat, 1 ədəd üzük, çəkisi 4 qram, əyarı 583, qiyməti 325,96 manat olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin girov predmetləri göstərilən ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh İddiaçı ASC-nə olan kredit borcu ödənilsin və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1237/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1237/2022
30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver