Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1258/2023 10.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" QSC BOKT kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ağalı oğlundan müştərək qaydada 1273,41 manat əsas borcun, 9,94 manat faiz borcunun,cəmi 1283,35 (bir min iki yüzsəksən üç manat iyirmi bir qəpik) manat məbləğin və ödənilmiş 32,83 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Quba şəhər sakini Cavabdeh2 ilə 12 mart 2020-ci il tarixli 2271 saylı X1 Keçmiş Kredit BorcununGüzəştli Kredit Müqaviləsi(bundan sonra Güzəştli Kredit Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 əsas borcuna illik 1% hesablanmaqla, 1527,27 (bir min beş yüz iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (il) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 bağlanmış Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxs Cavabdeh1 Ağalı oğlu arasında 12 mart 2020-ci il tarixli 1530 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh güzəştli müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqıçatanlardan məhrum etmişdir. Bağlanmış 12 mart 2020-ci il tarixli 2271 saylı Güzəştli Kredit Müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1273,41 manat, faiz borcu 9,94 manat, cəmi borcu 1283,35 (bir min iki yüz səksən üç manat iyirmi bir qəpik) manat təşkil edir. Borclu Cavabdeh2 və zamin Cavabdeh1 Ağalı oğlu ilə bağlanmış müqavilələlərdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh2 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Quba şəhər sakini Cavabdeh2ilə 12 mart 2020-ci il tarixli 2271 saylı X1 Keçmiş Kredit BorcununGüzəştli Kredit Müqaviləsi(bundan sonra Güzəştli Kredit Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 əsas borcuna illik 1% hesablanmaqla, 1527,27 (bir min beş yüz iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 5 (il) il müddətədək ödənilməsi razılaşdırılmışdır. Cavabdeh2 bağlanmış Güzəştli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxs Cavabdeh1 Ağalı oğlu arasında 12 mart 2020-ci il tarixli 1530 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, 12 mart 2020-ci il tarixli 2271 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC BOKT-yə 1273,41 manat əsas 9,94 manat faiz, cəmi 1283,35 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" QSC BOKT ilə Cavabdeh2 arasında 12 mart 2020-ci il tarixdə bağlanmış 2271 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehin cari hesabına 1% hesablanmaqla 5 il müddətinə 1527,27 manat kredit köçürülmüşdür. Ərizəyə əlavə olunmuş "xxxx" QSC BOKT ilə Cavabdeh2 arasında bağlanmış 12 mart 2020-ci il tarixli 1530 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 2271 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına təminat olaraq kredit müqaviləsinin tərəfi olmuşdur. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdehlər tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Müəyyən edilmişdir ki, cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların iddiaçı "xxxx" QSC BOKT qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiklərindən 1273,41 manat əsas, faiz borcuna görə 9,94 manat məbləğində pul müştərək qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,83 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayda 1273,41 (min iki yüz yetmiş üç manat qırx bir qəpik) manat əsas, 9,94 (doqquz manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1283,35 (min iki yüz səksən üç manat otuz beş qəpik) manat borc və 32,83 (otuz iki manat səksən üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" QSC BOKT-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1258/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1258/2023
10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver