Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1281/2022 25.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada 2016 (iki min on altı) manat 11 qəpik əsas kredit borcu, 7 (yeddi) manat 31 qəpik faiz borcu olmaqla, cəmi 2023 (iki min iyirmi üç) manat 42 qəpik borcun və 40 (qırx) manat 24 qəpik ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin хeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərir ki, İddiaçı ASC ilə bağlanmış 008CASA191420003 saylı, 22.5.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə, illik 1% dərəcəsilə, 1 il güzəşt müddəti olmaqla, 2931.62 manat kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2, və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, və onlar kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdülər. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 03.09.2021-ci il tarixə İddiaçı ASC-yə 2016 (iki min on altı) manat 11 qəpik əsas kredit borcu, 7 (yeddi) manat 31 qəpik faiz borcu olmaqla, cəmi 2023 (iki min iyirmi üç) manat 42 qəpik məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün bu hüquqdan istifadə etmək qərarına gəlmiş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, və Cavabdeh3 müştərək qaydada 2016 (iki min on altı) manat 11 qəpik əsas kredit borcu, 7 (yeddi) manat 31 qəpik faiz borcu olmaqla, cəmi 2023 (iki min iyirmi üç) manat 42 qəpik, həmçinin 40 (qırx) manat 24 qəpik ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin хeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 008CASA191420003 saylı, 22.5.2019-cu il tarixli Güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə, illik 1% dərəcəsilə, 1 il güzəşt müddəti olmaqla, 2931.62 manat kredit verilmişdir. 01.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 008CASA191420003 saylı, 22.5.2019-cu il tarixli Güzəştli kredit müqaviləsi üzrə banka 2016 (iki min on altı) manat 11 qəpik əsas kredit borcu, 7 (yeddi) manat 31 qəpik faiz borcu olmaqla, cəmi 2023 (iki min iyirmi üç) manat 42 qəpik məbləğində borcu yaranmışdır. Cavabdeh2 ilə bağlanmış 22.05.2019-cu il tarixli 008FİZAM47216602 saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. Cavabdeh3 ilə bağlanmış 22.05.2019-cu il tarixli 008FİZAM47217202, saylı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə məsuliyyəti zamin Cavabdeh3 öz üzərinə götürmüşdür. 28.02.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdehlər banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdilər; 04.04.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 40 (qırx) manat 24 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən müqavilə əsasında kredit verilmiş, cavabdeh və zaminlər müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürsələr də, götürdükləri öhdəlikləri tam şəkildə icrasını təmin etməmişdilər. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 40 (qırx) manat 24 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik mübahisələrə dair iddia ərizəsi təmin olunsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 2016 (iki min on altı) manat 11 qəpik əsas borc, 7 (yeddi) manat 31 qəpik faiz borcu, cəmi 2023 (iki min iyirmi üç) manat 42 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 40 (qırx) manat 24 qəpik məbləğdə pul vəsaiti İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1281/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1281/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver