Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1289/2022 18.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, və Cavabdeh1 1871 (min səkkiz yüz yetmiş bir ) manat 42 qəpik əsas borc, 2118 (iki min yüz on səkkiz) manat 86 qəpik faiz borcu, 27 (iyirmi yeddi) manat 32 qəpik cərimə borcu, cəmi 4017 (dörd min on yeddi) manat 60 qəpik məbləğində kredit borcunun və ödənilmiş 60 (altımış) manat 58 qəpik dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" KB ASC-nin PİKÜMİİD-nin Regional Məhkəmə-Hüquq şöbəsinn baş hüquqşünası Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 881micQUBA/14-EM saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli, 438micQUBA/18 saylı kredit müqaviləsinə əsasən 42 ay müddətinə, illik 30% ödəmək şərtilə cavabdehə 6985 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq "xxxx" KB ASC ilə digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi yerinə yetirərək, yuxarıda göstərilən məbləği cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gələrək, cavabdehlər Cavabdeh2, və Cavabdeh1 1871 (min səkkiz yüz yetmiş bir ) manat 42 qəpik əsas borc, 2118 (iki min yüz on səkkiz) manat 86 qəpik faiz borcu, 27 (iyirmi yeddi) manat 32 qəpik cərimə borcu, cəmi 4017 (dörd min on yeddi) manat 60 qəpik məbləğində kredit borcunun və ödənilmiş 60 (altımış) manat 58 qəpik dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh2 bildirdi ki, iddianı qismən qəbul edir belə ki, o «X1» ASC-dən 2015-ci ildə kənd təsərrüfatına xərcləmək üçün kredit alıb, lakin ona müqavilədə kometsiya məqsədilə göstərilib və kredit müqaviləsində göstərilən məbləğ dollarla göstərilsə də, ona kredit pulu manatla verilib. O, kredit müqaviləsi üzrə tərtib edilmiş cədvəl üzrə kredit pulunu ödəyib. O, krediti alanda dolların Azərbaycan manatına məzənnəsi 0.78 manat olub. Dollar devolivasiyaya uğradıqdan sonra, o kredit borcunu ödəməkdə çətinlik çəkib. 1871 manat kredit borcundan 2 ay ödəyib. Lakin sonradan xəstələndiyi üçün banka olan borcunu ödəyə bilməyib və bank da ona borca dair heç bir bildiriş göndərməyib. Faiz hissədə iddianı qəbul etmir və qətnamə çıxaran zaman göstərilənlər nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh2 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh2 arasında 881micQUBA/14-EM saylı əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2018-ci il tarixli, 438micQUBA/18 saylı kredit müqaviləsinə əsasən 42 ay müddətinə, illik 30% ödəmək şərtilə cavabdehə 6985 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 438micQUBA/18 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 1871 (min səkkiz yüz yetmiş bir) manat 42 qəpik əsas borc, 2118 (iki min yüz on səkkiz) manat 86 qəpik faiz borcu, 27 (iyirmi yeddi) manat 32 qəpik cərimə borcu, cəmi 4017 (dörd min on yeddi) manat 60 qəpik manat məbləğində kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 6985 manat kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC iddia ərizəsinə görə 60 (altımış) manat 58 qəpik dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçı "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 60 (altımış) manat 58 qəpik məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 1871 (min səkkiz yüz yetmiş bir) manat 42 qəpik əsas borc, 2118 (iki min yüz on səkkiz) manat 86 qəpik faiz borcu, 02 (iki) manat 32 qəpik cərimə borcu, cəmi 3992 (üç min doqquz yüz doxsan iki) manat 60 qəpik məbləğində kredit borcunun və dövlət rüsumu üçün ödənilmiş 60 (altımış) manat 58 qəpik məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 1871 (min səkkiz yüz yetmiş bir) manat 42 qəpik əsas borc, 2118 (iki min yüz on səkkiz) manat 86 qəpik faiz borcu, 02 (iki) manat 32 qəpik cərimə borcu, cəmi 3992 (üç min doqquz yüz doxsan iki) manat 60 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 60 (altmış) manat 58 məbləğində pul vəsaiti tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1289/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1289/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver