Məhkəmə qərarları › İş №e-2(027)-1306/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1306/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1306/2023 14.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Tacəmülk qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Tacəmülk qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8 Avqust 2022-ci il tarixli, QBNPU-02348/1 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4691,6 (dörd min altı yüz doxsan bir manat 60 qəpik) manat, faiz borcuna görə 164,38 (bir yüz altmış dörd manat 38 qəpik) manat, dəbbə borcuna görə 285,46 (iki yüz səksən beş manat 46 qəpik) manat, cəmi 5141,44 (beş min bir yüz qırx bir manat 44 qəpik) manat məbləğində pulun və 71.42 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 8 Avqust 2022-ci il tarixli, QBNPU-02348/1 saylı kredit müqaviləsinə əsasən illik 14 % (on dörd) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 6000 (altımin) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 8 Avqust 2022-ci il tarixli, QBNPU-02348/1 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 8 Avqust 2022-ci il tarixli, QBNPU-02348/1 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 8-dan gec olmayaraq hər ay 288,08 (iki yüz səksən səkkiz manat 08 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 8 Avqust 2022-ci il tarixli, QBNPU- 02348/1 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4691,6 (dörd min altı yüz doxsan bir manat 60 qəpik) manat, faiz borcuna görə 164,38 (bir yüz altmış dörd manat 38 qəpik) manat, dəbbə borcuna görə 285,46 (iki yüz səksən beş manat 46 qəpik) manat, borcun cəmi məbləği 5141,44 (beş min bir yüz qırx bir manat 44 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 8 Avqust 2022-ci il tarixli, QBNPU02348/1 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4691,6 (dörd min altı yüz doxsan bir manat 60 qəpik) manat, faiz borcuna görə 164,38 (bir yüz altmış dörd manat 38 qəpik) manat, dəbbə borcuna görə 285,46 (iki yüz səksən beş manat 46 qəpik) manat, cəmi 5141,44 (beş min bir yüz qırx bir manat 44 qəpik) manat, cəmi 5141,44 (beş min bir yüz qırx bir manat 44 qəpik) manat pul tutulmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əbilfəz Zeynallı məhkəməyə ərizə göndərərək, məhkəmə prosesinin İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Tacəmülk qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməmələrinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmələrinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, QBNPU-02348/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin “Quba” filialı tərəfindən Cavabdeh Tacəmülk qızına illik 14 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə olduğu vəsaiti (krediti) və kreditə görə nəzərdə tutulmuş digər ödənişləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə "Bank"a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Tacəmülk qızının xx.xx.2022-ci il tarixli, QBNPU-02348/1saylı kredit müqaviləsi üzrə əsas borca görə 4691,6 manat, faiz borcuna görə 164,38 manat, dəbbə borcuna görə 285,46 manat, cəmi 5141,44 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 71,42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Cavabdeh bankdan 6000 manat məbləğində kredit kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə qoyulmuş öhdəlikləri icra etməmişdir. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı bank kredit xətti üzrə hesablanmış əsas borc və hesablanmış digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, xx.xx.2022-ci il tarixli, QBNPU-02348/1saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4691,6 manat, faiz borcuna görə 164,38 manat, dəbbə borcuna görə 285,46 manat olmaqla, cəmi 5141,44 manat məbləğində pul Cavabdeh Tacəmülk qızından İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 71,42 manat məbləğində cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, QBNPU-02348/1saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 4691,6 manat, faiz borcuna görə 164,38 manat, dəbbə borcuna görə 285,46 manat olmaqla, cəmi 5141,44 manat məbləğində pul Cavabdeh Tacəmülk qızından İddiaçı ASCnin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş rüsumun əvəzi 71,42 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar