Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1330/2025 15.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, kredit borcu-kredit üzrə əsas borcun məbləği 12.958,24 (on iki min doqquz yüz əlli səkkiz manat iyirmi dörd qəpik) AZN, kredit üzrə faiz borcu 1.514,88 (bir min beş yüz on dörd manat səksən səkkiz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 647,91 (altı yüz qırx yeddi manat doxsan bir qəpik) AZN olmaqla borc üzrə iddia tələbinin cəmi15.121,03 (on beş min yüz iyirmi bir manat üç qəpik) AZN kredit borcunun və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 135,37 (yüz otuz beş manat otuz teddi qəpik) AZN məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin cavabdeh – Cavabdeh2 tutularaq birdəfəlik şəkildə iddiaçı - "xxxx" MMC-yə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********72-10301,qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023cü il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh– xüsusi mülkiyyət hüququ ilə cavabdeh- Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən,sahəsi 103.6 kv.molan fərdi yaşayış evinə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı-"MONETRİ BOKT” MMC-yə ödənilməsi; İpoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh – Cavabdeh2 tutularaq iddiaçı -"MONETRİ BOKT” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı - "MONETRİ BOKT” MMC ("xxxx" MMC) ilə cavabdeh - Cavabdeh2 arasında 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli Kredit Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) % olmaqla, 16000 (on altı min) AZN məbləğdə həyət evinin tikintisi üçün kredit verilib. 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı - "xxxx" MMC (ipoteka saxlayan) ilə cavabdeh – Cavabdeh1 (ipoteka qoyan) arasında 07 dekabr 2023-cü il tarixli, 1472/2 ipoteka müqaviləsi bağlanıb. Həmin Müqaviləyə əsasən, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən,sahəsi 103.6 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilib. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********72-10301,qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınıb. Eyni zamanda 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi, iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 07 dekabr 2023-cü il tarixli, 1472/2 zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh107 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Cavabdeh - Cavabdeh2 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini gecikdirib. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh2 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə vaxtı çatan cari aylıq ödənilməli olan əsas borcun məbləği 12.958,24 (on iki min doqquz yüz əlli səkkiz manat iyirmi dörd qəpik) AZN, kredit üzrə faiz borcu 1.514,88 (bir min beş yüz on dörd manat səksən səkkiz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 647,91 (altı yüz qırx yeddi manat doxsan bir qəpik) AZN olmaqla borc üzrə iddia tələbinin cəmi 15.121,03 (on beş min yüz iyirmi bir manat üç qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehə kredit öhdəliyinin icra edilməsinə dair pretenziya məktubu ünvanlanıb (pretenziya məktubu və onun cavabdehə çatdırılmasına dair qəbz iddia ərizəsinə əlavə edilir). Buna baxmayaraq cavabdeh hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh2 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 12.958,24 (on iki min doqquz yüz əlli səkkiz manat iyirmi dörd qəpik) AZN, kredit üzrə faiz borcu 1.514,88 (bir min beş yüz on dörd manat səksən səkkiz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 647,91 (altı yüz qırx yeddi manat doxsan bir qəpik) AZN olmaqla borc üzrə iddia tələbinin cəmi 15.121,03 (on beş min yüz iyirmi bir manat üç qəpik) AZN təşkil edir. Nəticə etibarilə, ümumilikdə 15.121,03 (on beş min yüz iyirmi bir manat üç qəpik) AZN məbləğdə kredit borcu cavabdeh – Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli ipoteka müqaviləsinin 2.3-cü maddəsinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən,sahəsi 103.6 kv.m olan fərdi yaşayış evinin dəyəri 60.000 (altmış min) AZN məbləğdə müəyyən edilib. Beləliklə, ipoteka predmeti Cavabdeh1Sabir oğluna məxsus olan ünvan 1 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən,sahəsi 103.6 kv.m olan fərdi yaşayış evi tutma yönəldilməli, həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) AZN məbləğdə müəyyən edilməklə o açıq hərracda satılmalı və iddia tələbi üzrə borc satışdan əldə edilən pul vəsaiti hesabına ödənilməlidir. Sonradan iddiaçı tərəf məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək, kredit üzrə əsas borcun məbləği 12.958,24 (on iki min doqquz yüz əlli səkkiz manat iyirmi dörd qəpik) AZN, kredit üzrə faiz borcu 1.514,88 (bir min beş yüz on dörd manat səksən səkkiz qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 647,91 (altı yüz qırx yeddi manat doxsan bir qəpik) AZN olmaqla borc üzrə iddia tələbinin cəmi 15.121,03 (on beş min yüz iyirmi bir manat üç qəpik) AZN və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 135,37 (yüz otuz beş manat otuz yeddi) AZN məbləğdə dövlət rüsumunun, həmçinin ipotekaya tutma bildirişinin qeydiyyata alınması üçün çəkilən xərcin cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - 'MONETRİ Bank Olmayan Kredit Təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; iddia tələbi üzrə tutmanın kredit öhdəliyinin icrasının təmini üsulu kimi yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********72- 10301,qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023-cü ıl tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən,sahəsi 103.6 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi; İpoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 60.000 (altmış min) AZN məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "MONETRİ BOKT” MMC-yə ödənilməsi; ipoteka predmeti olan mənzilin satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - "MONETRİ BOKT” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. II. Tərəflərin mövqeləri: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1-185.4-cü maddələrinə əsasən hazırki mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdiyini bildirmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan 07 dekabr 2023-cü il tarixli, 1472/2 nömrəli Kredit Müqaviləsindən görünür ki, "xxxx" MMC-nin Quba filialı tərəfindən Cavabdeh2 36 (otuz altı) ay müddətinə, illik 23 (iyirmi üç) % olmaqla, 16000 (on altı min) manat məbləğində kredit vermişdir. - Həmin tarixli Zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC-dən kredit götürmüş «Borc alan» Cavabdeh2 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin verdiyi arayışa əsasən PGS Finans” BOKT MMC-nin xx.xx.2013-cü ildə adı dəyişmiş hazırda İddiaçı BOKT MMC adlanır. - xx.xx.2023-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0.0420 ha torpq sahəsində yerləşən 103,60 kv.m torpaq sahəsindən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən, reyestr nömrəsi **********72-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci tarixli Çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən, 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən verilmiş reyestr nömrəsi **********72-10301 olan, xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus ünvan 3 ünvanda yerləşən, torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. - 11 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-yə kreditin əsas məbləğindən 12958.24 manat əsas, 1514,88 manat faiz, 647,91 manat dəbbə pulu olmaqla, cəmi 15121,03 manat borcu qalmışdır; -xx.xx.2025-ci pretenziyadan görünür ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti hazırki iddianın qaldırılması ilə əlaqədar 135.37 manat dövlət rüsumu ödəmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3987 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1472/2 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 kreditin təyin edildiyi tarixdən etibarən xx.xx.2025-ci il tarixədək İddiaçı Bank olmayan Kredit Təşkilatı MMC-yə olan əsas borcu 12.978,77 manat, faiz borcu 1.252,09 manat təşkil edir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsininin tələbinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; -385-ci maddəyə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. - 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -740-cı maddəsinə əsasən Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. -743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. -470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair “Ali Məhkəmənin Plenum qərarına əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olubolmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Azərbaycan Respublikası MPM-nin: 76.1-ci mddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Göstərilən qanun normalarına istinad edən məhkəmə xx.xx.2023-cü il tarixli, 1472/2 saylı Kredit müqaviləsini, həmin tarixli qəbzi, faizlər və ödəmələr üzrə cədvəli, Zaminlik müqaviləsini və İpoteka müqaviləsini işin hallarını bir-biri ilə əlaqəli şəkildə təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, həmçinin Cavabdeh2 borcu ilə bağlı "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 383/25 saylı arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 9/3987 saylı rəyi arasında ziddiyyətə qiymət verərək, hesab edir ki, işdəki sənədlərə istinadən xüsusi bilik əsasında müəyyən edildiyi və işin halları ilə ziddiyət təşkil etmədiyi üçün, bu xüsusda məhkəmə-mühasibatlıq ekspertizasının 12 noyabr 2025-ci il tarixli, 9/3987 saylı rəyini mötəbər sübut kimi qəbul edir. Həmçinin əmlakın dəyəri ilə bağlı məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul etmiş, etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 12,958 manat və faiz borcun 1252,09 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 647,91 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 10 manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin hesab edir ki, ipotekaya qoyulmuş ünvan 4 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, sahəsi 103.6 kv.m. olan fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməlidir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddia tələbini əsaslandıran halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə belə qənaətə gəlir ki, mücərrəd xarakterli və əsası olmayan iddia təmin edilə bilməz. Həm də bu məsələ qətnamənin icrası mərhələsinə aiddir və «İcra haqqında» Azərbaycan Respublikasının qanunun ilə tənzimlənir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3987 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə məhkəmə xərcini təşkil edən 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı X1, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12.958 manat əsas borc, 1252.09 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 14220.09 (on dörd min iki yüz iyirmi manat, doqquz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 135.37 manat pulun tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-ə ödənilsin. Tutma ipoteka predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********72-10301, qeydiyyat nömrəsi ********** ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 4 ünvanında yerləşən 0.042 ha torpq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, sahəsi 103.6 kv.m. olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan mənzilin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilsin. Satışdan artıq qalan vəsait Cavabdeh1 qaytarılsın. İş üzrə məhkəmə xərcini təşkil edən 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı, adı X1, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************. SWİFT BİK CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1330/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1330/2025
15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver