Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1353/2022 02.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “borcun qytarılması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin 512 (beş yüz on iki) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, Zamin və İddiaçı arasında “ERA Elektronics” mağazasında imzalanmış 11.04.2014-cü il tarixli, 05611 saylı müqaviləyə əsasən cavabdeh mağazadan kreditlə 6 ay müddətinə aya 100 manat ödəmək şərtilə 705 AZN məbləğində məişət avadanlığı kreditə götürmüşdür. Cavabdeh cəmi 193 manat ödəniş etmiş və yerdə qalan müqavilədə nəzərdə tutlmuş öhdəliyi yerinə yetirməmişdir. Dəfələrlə borcunun ödənilməsi barədə cavabdehlərə şifahi və bir dəfə rəsmi xəbərdarlıq olunsa da, cavabdehlər heç bir ödəniş etməmişdir. Hal-hazırda cavabdehlərin 512 manat ödənilməmiş borcu qalmaqdadır və odur ki, İddiaçı cavabdehlər Cavabdeh və Zamin 512 (beş yüz on iki) manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh və Zamin arasında “ERA Elektronics” mağazasında imzalanmış 11.04.2014-cü il tarixli, 05611 saylı “Məişət texnikası krediti müqaviləsi”ndən məlum olur ki, müqaviləyə əsasən cavabdehə mağazadan kreditlə 6 ay müddətinə aya 100 manat ödəmək şərtilə 705 AZN məbləğində məişət avadanlığı satılmışdır və həmin müqaviləyə əsasən Zamin qismində iştiak etmişdir. 08.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.04.2014-cü il tarixli, 05611 saylı müqaviləsi üzrə 512 (beş yüz on iki) manat məbləğində borcu vardır. 06.04.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 15.11.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh və Zamin tərəfindən mağazaya olan borc ödənilmədiyi təqdirdə barələrndə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdilər; Beləliklə, müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh və Zamin arasında “ERA Elektronics” mağazasında imzalanmış 11.04.2014-cü il tarixli, 05611 saylı müqaviləsinə əsasən cavabdehə mağazadan kreditlə 6 ay müddətinə aya 100 manat ödəmək şərtilə 705 AZN məbləğində məişət avadanlığı satılmış, cavabdeh müqavilə üzrə üzərinə müvafiq öhdəliklər götürsə də, götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etməmiş, nəticədə 512 (beş yüz on iki) manat borcu yaranmışdır. Bu səbəbdən də iddiaçı tərəf 512 (beş yüz on iki) manat məbləğində borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən “zaminlik müqaviləsi” üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş və 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh və Zamin, müştərək qaydada, 512 (beş yüz on iki) manat borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1353/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1353/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver