Məhkəmə qərarları › İş №e-2(027)-1372/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1372/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1372/2023 04.09.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı4 nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7000 (yeddi min) manat məbləğində pulun, 90 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 rayonu Novo Nikolayevka (Hacıhüseynli) kənd sakini Cavabdeh1 2003-cü ildə 0,67 ha torpaq sahəsindən 0,45 hissəsini 5500 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsini alqı-satqısını o vaxtı Quba rayon Dövlət Notariat Kontoru işləyən Mehriban Quliyeva təsdiq etmişdir. Bundan əlavə Cavabdeh1la Mübariz Dəmirov arasında torpaq sahəsinin satılması ilə bağlı əlyazma kağızla imzalanmışdır. Həmin vaxtdan torpaq sahəsini Mübariz Dəmirov istifadə etmiş və dövlət aktının əsli Mübariz Dəmirovda olmuşdur. X13 alqı-satqıya əsasən torpaq sahəsinə çıxarış almaq istəmiş, bu zaman bilmişdir ki, Mehriban Quliyeva müqaviləni arxivə təhvil verməmişdir. Həmin dövlət aktında 0,22 ha torpaq sahəsi Yeganə adlı qadının olmuşdur. 2022-ci ilin sentyabr ayının axırları Yeganə adlı qadının bacısı oğlu Xəyal adlı şəxs Mübariz Dəmirovun yanına gələrək həmin dövlət aktında 0,22 ha torpaq sahəsinin xalasının olduğunu, torpaq sahəsinin ona aid hissəsini satdığını bildirmişdir. Mübariz Dəmirov dövlət aktının əslini Xəyala vermiş, X16 da aldığı torpaq sahəsini 7000 (yeddi min) manata satmaq istəyini demişdir. X19 bu təklifə razılaşmışdır. X17 Gülbabayev arasında gedən bu mübahisələrdən Cavabdeh1 da məlumatı olmuşdur. Bir müddət sonra Mübariz Dəmirov torpaq sahəsinin artıq başqa şəxsə satıldığını öyrənmişdir. Bundan sonra Cavabdeh1 və Cavabdeh2 Mübariz Dəmirovu aldadaraq torpaq sahəsini əlindən almaları barədə şikayət etmişdir. Şikayəti araşdırılmış, Cavabdeh1 izahatında həqiqətən torpaq sahəsinin 0,45 ha hissəsini 2003-cü ildə 5500 ABŞ dollarına Mübariz Dəmirova satdığını bildirmiş, sonradan bacısı oğlu Cavabdeh2 torpaq sahəsini yenidən satdığını, həmin torpaq sahəsinə görə Mübariz Dəmirova 7000 (yeddi min) manat, ona isə 1000 (bir min) manat pul verəcəyini desə də, ona 800 (səkkiz yüz) manat pul vermiş, lakin Mübariz Dəmirovun pulunu verməmişdir. İzahatı alınmış Cavabdeh2 də göstərilənləri təsdiq etmiş, Mübariz Dəmirova satılmış torpaq sahəsini 7000 (yeddi min) manata sataraq pulunu Mübariz Dəmirova verəcəyini desə də, torpaq sahəsini satdıqdan sonra Cavabdeh1la aralarında olan vərəsəlik məsələləri ilə əlaqədar pulu Mübariz Dəmirova verməmişdir. İşin Quba RPŞ-da araşdırılması zamanı onu aldatdıqları üçün, keçirdiyi əsəb və stresdən Mübariz Dəmirov 02 fevral 2023-cü ildə vəfat etmişdir. Mübariz Dəmirovun şikayəti əsasında aparılmış araşdırmalar nəticəsində izahatlar alınmış, 20 fevral 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Quba regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 16 may 2023-cü il tarixli, 1631 saylı məktubu ilə açılmış V- 382 nömrəli vərəsəlik işinə əsasən Mübariz Dəmirovun anası İddiaçı5, arvadı İddiaçı4, uşaqları İddiaçı2, İddiaçı1 və İddiaçı3 qızı 02 fevral 2023-cü ildə vəfat etmiş X5 vərəsələri kimi tanınmışdır. Cavabdehlər Mübariz Dəmirovu aldatmış, 2003-cü ildə 5500 (beş min beş yüz) ABŞ dollarına 0,45 ha torpaq sahəsini ona satmasına baxmayaraq, ona satılmış torpaq sahəsini yenidən satmış, 7000 (yeddi min) manat pul verəcəklərini demələrinə baxmayaraq, öhdəliklərinə əməl etməmişlər. Sadalananlara əsasən, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı3 iddianı müdafiə edərək bildirdi ki, mübahisə predmeti olan torpaq üçün Cavabdeh1 5500 ABŞ dolları vermişlər. Həmin vaxt alqı-satqı müqaviləsi bağlanmış, lakin torpaq sahəsi Mübarizin adına rəsmiləşdirilməmişdir. Onlara pul lazım olduğu üçün torpaq satmaq qərarına gəlmişlər. 2022-ci ildə İlqarın bacısı oğlu Cavabdeh2 onlardan sənədləri almış, torpağı satıb pulu verəcəyini bildirmişdir. Torpaq hələ də İlqarın adında olduğundan İlqar Xəyala etibarnamə vermiş, Xəyalda torpağı başqasına satmışdır. Lakin satışdan əldə edilən pulu onlara verməmişdir. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi X7 iddianı müdafiə edərək bildirdi ki, X2 torpaq sahəsini 2003-cü ildə Cavabdeh1 5500 ABŞ dollarına almışdır. Həmin vaxt alqısatqı müqaviləsi bağlanmış, lakin torpaq sahəsi Mübarizin adına rəsmiləşdirilməmişdir. Onların xəstəsi olduğundan torpağı satmaq qərarına gəlmişlər. 2022-ci il tarixdə Cavabdeh1 bacısı oğlu Cavabdeh2 torpaq sahəsini satacağını və satışdan əldə edilən pulu onlara verəcəyini bildirmişdir. Cavabdeh1 verdiyi etibarnamə əsasında Cavabdeh2 həmin torpaq sahəsini başqasına 7000 manata satmışdır. Məhkəmə iclasında iştirak edən zaman iddiaçılar İddiaçı5 və İddiaçı1 analoji ifadə vermişlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi onundur. Həmin torpaq sahəsini 5500 ABŞ dollarına Mübarizə satmış, pulu hissə-hissə Mübarizdən almışdır. Həmin vaxt alqı-satqı müqaviləsi bağlanmış, lakin torpaq sahəsi Mübarizin adına rəsmiləşdirilməmişdir. Sonrada iddiaçılar torpaq sahəsini satmaq istəmişlər. Bacısının oğlu Cavabdeh2 isə mübahisə predmeti olan torpaq sahəsinin satışını öz üzərinə götürmüşdür. Xəyal sözügedən torpaq sahəsinin satmaq üçün ondan etibarnamə istəmiş və müqabilində ona 1000 manat pul verəcəyini demişdir. O da Xəyala etibarnamə vermiş və torpağın sənədlərini Mübarizdən almışdır. Cavabdeh2 ona 1000 manat vermiş, torpağa dair çıxarış alandan sonra Mübarizə 7000 manat verəcəyini bildirmişdir. Həmin torpaq sahəsi Cavabdeh2 tərəfindən 18000 manata satılmış, lkain iş üzrə iddiaçılara veriləsi 7000 manatı onlara verməmişdir. Halbuki hazırki iddiaçılarla bu barədə razılığıa gəlinmişdir. Daha sonra iddiaçılara 6000 manat verəcəyi barədə razılığa gəlsədə həmin pulu verə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 52.2-ci maddəsinə görə “cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir”; 191.3-cü maddəsinə əsasən “cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır”. İş üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X11 02 fevral 2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı5 X5 anasıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 nikahı xx.xx.2005-ci il tarixdə bağlanmış və X8 “Dəmirova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı3, İddiaçı1 və Dəmirova (Bağıyeva) X10 Mübariz Talıb oğlu ilə İddiaçı4 birgə nikahından doğulmuşlar. İş materiallarında olan Quba Regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinin məktubundan görünür ki, İddiaçı3, İddiaçı5, İddiaçı1, İddiaçı4 və İddiaçı2 02 fevral 2023cü il tarixdə vəfat etmiş X5 vərəsələri sırasına daxildir. İş materiallarında olan Cavabdeh1 adından olan əyazmadan görünür ki, Cavabdeh1 2003-cü ildə özünə məxsus 0,67 ha torpaq sahəsini 5500 ABŞ dollarına X1 və 5500 ABŞ dolları aldığını, Mübarizin ona borcu olmamasını göstərmişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh1 ilə X11 mülki münasibətlərin yaranması, Cavabdeh1 özünə məxsus torpaq sahəsini X9 5500 ABŞ dollarına satması, lakin əmlakın Mübariz Dəmirovun adına rəsmiləşdirilməməsi, sonradan Cavabdeh2 etibarnamə əsasında sözügedən torpaq sahəsinin başqa şəxsə 7000 manata satılaraq, əldə edilən vəsaitin Mübariz Dəmirova verəcəyinə vəd etməsi adı çəkilən şəxslərin ifadələrində öz əksini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 ilə X11 2003-cü ildə mülki münasibətlər yaranmış, Cavabdeh1 özünə məxsus yaşadığı kənddə yerləşən 0,67 ha torpaq sahəsini Mübariz Dəmirova 5500 ABŞ dollarına satmışdır. Mübariz Dəmirov torpaq sahəsini alsa da, adına rəsmiləşdirməmişdir. X13 aldığı torpaq sahəsini satmaq qərarına gəlmişdir. Cavabdeh1 bacısı oğlu Cavabdeh2n etibarnamə vermiş, sonuncu torpaq sahəsini satıb, pulunu Mübarizə verəcəyi barədə vədlər vermiş, lakin torpaq sahəsini satsa da, pulu Mübariz Dəmirova nə də onun vərəsələrinə verməmişdir. Cavabdeh1 isə qeyd olunanları inkar etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7000 (yeddi min) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1, İddiaçı4 və İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, pozulmuş hüququnun bərpası ilə bağlı İddiaçı3 hüquqi yardım almaq üçün vəkil ilə “hüquqi yardım müqaviləsi” bağlamış və müqavilə üzrə 50 (əlli) manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, qeyd edilən 50 (əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı3 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7000 (yeddi min) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1, İddiaçı4 və İddiaçı2 verilsin. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 90 (doxsan) manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçılara verilsin. Hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar