Məhkəmə qərarları › İş №e-2(027)-1396/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1396/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1396/2022 03.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 12.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 149 (yüz qırx doqquz) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 968 (doqquz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 96 (doxsan altı) manat cərimə olmaqla, ümumilikdə 1227 manat borc və 32.27 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 12.12.2020-ci il və 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan və LG LED TV almış və nəticədə 1227 (min iki yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 453,6 (dörd yüz əlli üç manat altmış qəpik) manat (12 ay x 37,8 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə, 163 (yüz altmış üç) manat olmaqla ondan, 149 (yüz qirx doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1080 (min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 1064 (min altmış dörd) manat olmaqla ondan, 968 (doqquz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96 (doxsan altı) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 416,6 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, 12.12.2020-ci il və 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan və LG LED TV almış və nəticədə 1227 (min iki yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh 12.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 453,6 (dörd yüz əlli üç manat altmış qəpik) manat (12 ay x 37,8 manat + 0 manat ilkin ödəniş) olan Samsung Paltaryuyan üçün ümumilikdə, 163 (yüz altmış üç) manat olmaqla ondan, 149 (yüz qirx doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə; 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1080 (min səksən) manat (18 ay x 60 manat + 0 manat ilkin ödəniş) olan LG LED TV üçün ümumilikdə, 1064 (min altmış dörd) manat olmaqla ondan, 968 (doqquz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96 (doxsan altı) manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 19 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin 12.12.2020-ci il və 22.12.2020-ci il tarixli tarixdə bağlanmış müqavilələr üzrə ödənilməmiş 1227 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.12.2020-ci il və 22.12.2020-ci il tarixli müqavilələrdən görünür ki, Alıyev X1 Paltaryuyan və LG LED TV almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC-dən Samsung Paltaryuyan və LG LED TV tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş 01.11.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilələr üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş 20.04.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 32,67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı "xxxx" MMC qarşısında borcu yaranmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 12.12.2020-ci il tarixli müqavilə üzrə 2 manat və 22.12.2020-ci il tarixli müqavilə üzrə isə 9 manat məbləğində müəyyən edir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 12.12.2020-ci il tarixli müqavilə üzrə 149 manat əsas və 2 manat cərimə, 22.12.2020-ci il tarixli müqavilə üzrə 968 manat əsas və 9 manat cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 32,67 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 12.12.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung Paltaryuyan üçün 149 (yüz qırx doqquz) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə, 22.12.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 968 (doqquz yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 9 (doqquz) manat cərimə olmaqla, ümumilikdə 1128 manat borc və 32,67 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar