Məhkəmə qərarları › İş №e-2(027)-1402/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1402/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1402/2022 29.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması» barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 5229 (beş min iki yüz iyirmi doqquz) manat 63 qəpik əsas borc, 803 (səkkiz yüz üç) manat 59 qəpik faiz olmaqla, cəmi 6033 (altı min otuz üç) manat 22 qəpik məbləğində borcun və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində göstərmişdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bank Cavabdeh 48 ay müddətinə, illik 23% olmaqla, 7000 (yeddi min) manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC ilə Cavabdeh qızı arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 5229 (beş min iki yüz iyirmi doqquz) manat 63 qəpik əsas borc, 803 (səkkiz yüz üç) manat 59 qəpik faiz olmaqla, cəmi 6033 (altı min otuz üç) manat 22 qəpik məbləğində borcun və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh bildirdi ki, o iddianı əsas borc və faiz hissəsində qəbul edir, iddia ərizəsi üçün ödənilmiş rüsumu qəbul etmir. Belə ki o, krediti alarkən hərbçi olub. Sonradan ordudan tərxis olunub, hal-hazırda ehtiyyatdadı, ona görə ödəniş edə bilməmişdir. Hətta RİHB ona ərzaqla yardım göstərib. Buna baxmayaraq o kredit borcunu ödəməkdən yayınmır, lakin maddi imkanı buna yol vermir, ödənişi ödəmək iqtidarında deyil. Мəhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/87450/71/19 kredit müqaviləsinə əsasən bank Cavabdeh 48 ay müddətinə, illik 23% olmaqla, 7000 (yeddi min) manat məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Seyidya oğlunun xx.xx.2019cu il tarixli, CC/87450/71/19 saylı kredit müqaviləsi üzrə banka əsas borcuna görə 5229 (beş min iki yüz iyirmi doqquz) manat 63 qəpik əsas borc, 803 (səkkiz yüz üç) manat 59 qəpik faiz olmaqla, cəmi 6033 (altı min otuz üç) manat 22 qəpik məbləğində borcu yaranmışdır; İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh, Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyt vəsiqəsinin surətindən və MAPS arayışdan görünürki, Əlixanov X2 rayonu Rustov İƏD üzrə nümayəndəliyinin Sofikənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya möəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qösurlarla və ya öhdəliyin məzmunu ilə möəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmədə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 23% olmaqla, 7000 (yeddi min) manat məbləğində kredit vermiş, borclu üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş, nəticədə cavabdehin bank qarşısında 5229 (beş min iki yüz iyirmi doqquz) manat 63 qəpik əsas borc, 803 (səkkiz yüz üç) manat 59 qəpik faiz olmaqla, cəmi 6033 (altı min otuz üç) manat 22 qəpik məbləğində kredit öhdəliyi yaranmışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, CC/87450/71/19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabeh Cavabdeh 5229 (beş min iki yüz iyirmi doqquz) manat 63 qəpik əsas borc, 803 (səkkiz yüz üç) manat 59 qəpik faiz olmaqla, cəmi 6033 (altı min otuz üç) manat 22 qəpik məbləğində və dövlət rüsumu üçün ödənilmiş 81 (səksən bir) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabeh Cavabdeh 5229 (beş min iki yüz iyirmi doqquz) manat 63 qəpik əsas borc, 803 (səkkiz yüz üç) manat 59 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 81 (səksən bir) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi göndən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar