Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1442/2022 28.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2657 (iki min altı yüz əlli yeddi) manat 73 qəpik məbləğdə əsas borc, 22 (iyirmi iki) manat 02 qəpik faiz borcu, cəmi 2679 (iki min altı yüz yetmiş doqquz) manat 75 qəpik məbləğində borcun və 47 (qırx yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçı "xxxx" MMM QBKT iddia ərizəsində göstərmişdi ki, "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0033 saylı güzəştli kredit müqaviləsinə əsasən, bu müqavilə imzalanan tarixə illik 1 % dərəcəsi olmaqla və bir il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə, qalıq məbləği 2715.57 AZN kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 2.34 manat, dörd il müddətində hər ay 57.75 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********033 -1218527 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zamin, Kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh2 kredit borcu xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 2657.73 manat, faiz borcuna görə 22.02 manat, cəmi 2679 (iki min altı yüz yetmiş doqquz) manat 75 qəpik təşkil edir. Məhkəmədə Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, o kənddə yaşayır, heç yerdə işləmir, təsərrüfatla məşqul olur, maddi durumu yaxşı deyil, ona görə ödənişi həyata keçirə bilmir. Məhkəmədə Cavabdeh1 qeyd etdi ki, o iddia tələbini qəbul etmir, beləki, onun özünün başqa bir banka krediti və ipotekası var, aylıq 1000 manat əmək haqqı alır, onun da 800 manatını kreditinə ödəyir. İkinci dəfə sözü gedən kredit müqaviləsi üzrə kreteriyalarda dəyişiliklər edilən zaman o bu haqda kredit təşkilatına məlumat versə də, təşkilat buna əhəmiyyət verməmiş, onu zamin qismində yenidən sözü gedən işə cəlb etmişlər, halbuki onun ikinci dəfə zamin kimi işə cəlb olunması bu kriteriyalara uyğun deyildi. Bu səbdən iddianın zaminə aid olan hissəsində rədd ediilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, **********0033 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən Cavabdeh2 bu müqavilə imzalanan tarixə 1 % dərəcəsi olmaqla və bir il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə, qalıq məbləği 2715.57 AZN kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 "xxxx" MMM QBKT-na olan borcu 2657 (iki min altı yüz əlli yeddi) manat 73 qəpik məbləğdə əsas borc, 22 (iyirmi iki) manat 02 qəpik faiz borcu, cəmi 2679 (iki min altı yüz yetmiş doqquz) manat 75 qəpik təşkil edir. İş materiallarında olan **********033 -1218527 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, "xxxx" MMM QBKT ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsində borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən məlum olur ki, iddiaçı "xxxx" MMM QBKT tərəfindən iddia ərizəsilə əlaqədar 47(qırx yeddi) manat dövlət rüsumu ödənilmişdi. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 2657 (iki min altı yüz əlli yeddi) manat 73 qəpik məbləğdə əsas borc, 22 (iyirmi iki) manat 02 qəpik faiz borcu, cəmi 2679 (iki min altı yüz yetmiş doqquz) manat 75 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 47 (qırx yeddi) manat məbləğində pul vəsaiti "xxxx" MMM QBKT-in xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 2657 (iki min altı yüz əlli yeddi) manat 73 qəpik məbləğdə əsas borc, 22 (iyirmi iki) manat 02 qəpik faiz borcu, cəmi 2679 (iki min altı yüz yetmiş doqquz) manat 75 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 47 (qırx yeddi) manat məbləğində pul vəsaiti "xxxx" MMM QBKT-in xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1442/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1442/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver