Məhkəmə qərarları › İş №e-2(027)-1461/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1461/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1461/2023 30.08.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı Quba rayonu, Alpan kəndində yaşayır. O, kənd təsərrüfatı ilə məşğul olaraq taxıl əkib-becərməklə əldə etdiyi gəlirlə ailəsini saxlayır. 03 sentyabr 2022-ci ildə Quba rayonu, Üçgün kənd sakini Cavabdeh ona məxsus Quba rayonu, Alpan kəndində yerləşən evinə gələrək ondan taxıl almaq istədiyini bildirmişdir. Bundan sonra Cavabdeh ondan 3 dəfə taxıl almışdır. Birinci dəfə 03 sentyabr 2022-ci il tarixdə cavabdeh, 1 kiloqramı 0,65 qəpik olmaqla, 2531 kq taxılı özü üçün aldığını bildirmiş, pulunu isə sentyabr ayının 10-da verəcəyini bildirmişdir. 06 sentyabr 2022-ci il tarixdə yenidən gələrək 1 kiloqramı 0,68 qəpik olmaqla, 1840 kq taxılı atası Fuad üçün aldığını və pulunu yenə də sentyabr ayının 10-da ödəyəcəyini bildirmişdir. Üçüncü dəfə isə 1 kiloqramı 0,70 qəpik olmaqla 2000 kq taxılı isə xalası üçün aldığını bildirmişdir. Ümumilikdə Cavabdeh ondan 4296 manat dəyərində nisyə 5771 kq taxılalmış, həmin 4296 manat məbləğində puldan cəmi 796 manat məbləğində ona pul vermişdir. Yerdə qalan 3500 manat məbləğində pulu isə daha sonra verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona borclu olduğu pulu qaytarmır. Dəfələrlə cavabdehə ona borclu olduğu pulu ödəməsini desə də, pulu ona ödəməyəcəyini bildirmişdir. Cavabdeh ona borclu olduğu pulun alınması üçün Quba rayon Polis Şöbəsinə müraciət etsə də, Quba Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, ***- *******22 nömrəli məktubu ilə toplanmış materiallarda cinayət tərkibi müəyyən edilmədiyindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edildiyi və məhkəməyə müraciət etmək hüququmun olduğu izah edilmişdir. Cavabdehə nisyə satdığı məhsulun pulunu danışıqlarla ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin İB-nin müstəntiqi polis mayoru X1 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan mübahisə mülki münasibətlərdən irəli gəlir. Ona görə də Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində CM-nin həmin madəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, özü taxıl əkini ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə o, Quba rayonu Alpan kəndində gedib Elşəndən ona taxıl lazım olduğunnu demişdir. Bundan sonra o, 3 dəfə Elşəndən taxıl götürmüşdür. Birinci dəfə özü üçün 2531 kq, sonra atası Polad üçün 1840 kq, daha sonra xalası üçün 2000 kü buğda almışdır. O, Elşəndən aldığı bütün buğdaları öz taxıl sahəsində əkmişdir. Sentyabr ayının 7-8-də o, Elşənə 400 manat pul vermişdir. Qalan 3896 manat pulu isə sentyabr ayının 10 qədər verəcəyini bildirmişdir. Lakin, sonradan maddi vəziyyəti yaxşı olmadı üçün Elşənin borcunu qaytara bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 3500 manat məbləğində pulun alınaraq ona verilməsini tələb edir. Cavabdeh isə keçirilmiş məhkəmə iclaslarında iştirak etməsə də, Quba RPŞ-də verdiyi izahatında iddiaçıya pul borclu olduğunu etiraf etmişdir. Ona görə də, Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı buğda alğı-satqısı ilə bağlı 3500 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 55 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar