Məhkəmə qərarları › İş №e-2(027)-1477/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1477/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1477/2024 24.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-in xeyrinə HO0011875-2023 saylı xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 14591.81 manat əsas, 2736.22 manat faiz, 589.02 manat cərimə borcu olmaqla cəmi 17917.05 manat borcun və 145 (yüz qırx beş) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması; Borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 6 ədəd üzük, 6 ədəd sırğa (3 cüt sınıq), 1 ədəd klon, 7 ədəd qolbağı, 4 ədəd boyunbağı, 1 ədəd sırğa, 4 ədəd üzük, 1 ədəd kolye, 1 ədəd saat, 1 ədəd qolbağ, 3 ədəd komplekt və 6 ədəd qarniturdan ibarət,cəmi 160 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsinə və girovun açıq hərracda satılaraq tələb edilən borc ödənilməsinə; Satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müştərək qaydada cavabdehlər tutularaq banka ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdi. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, HO0011875-2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC-dən illik 48% olmaqla 60 (altmış) ay müddətinə 15208 (on beş min iki yüz səkkiz) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki cəmi 160 qram çəkidə qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Bundan başqa kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 ilə "xxxx" ASC arasında ZM1-HO0011875-2023 saylı zaminlik müqaviləsi bağlanmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 banka HO0011875-2023 saylı xx.xx.2023-cü il tarixli Kredit müqaviləsi üzrə14591.81 manat əsas, 2736.22 manat faiz, 589.02 manat cərimə borcu olmaqla cəmi 17917.05 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə və zaminə borcun ödənilməsi tələbi ilə bildiriş göndərilmişdir İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair e-2(027)-1477/2024 saylı mülki iş üzrə məhkəmədən kənar müqavilə üzrə cavbdeh borcunu tam bağladığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə müvafiq ərizə və onun əsaslandığı dəlilləri nəzərdən keçirərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcələnin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə Mülki Prosessual Məcəllənin 52.1, 52.5 191.1-ci maddələrinin tələblərinə əsaslanaraq hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı öz iddia tələbindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddiadan imtina ərizəsi qəbul edilməli və bu əsasla iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 191, 261.0.4, 261.0.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə iddia tələbindən imtina qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad “AsanPay” vasitəsilə ödənilmiş 145 (yüz qırx beş) manat məbləğində dövlət rüsumunun (qəbzin nömrəsi: **********, ödənişin tarixi xx.xx.2024-cü il) ödənişi edən "xxxx" ASC-nə qaytarılması üçün əsasdır. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar