Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1498/2023 31.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Seyidov Vüqar Mircuma oğlu iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2772.77 (iki min yeddi yüz yetmiş iki dollar, 77 sent) ABŞ dolları-bundan 448.07 (dörd yüz qırx səkkiz dollar, 07 sent) ABŞ dolları əsas, 423.63 (dörd yüz iyirmi üç dollar, 63 sent) ABŞ dolları faiz, 1838.13 (bir min səkkiz yüz otuz səkkiz dollar, 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62.94 (altmış iki dollar, 94 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 67,14 (altmış yeddi manat, 14 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq, X3 "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə Dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə illik 31% dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqaviləyə əsasən kredit Borcalana “Əsas vəsaitin artırılması” məqsədi ilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh2” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir (İnternet Vergi İdarəsinin portalından çıxarış qoşmaya əlavə edilmişdir). Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3753.49 (üç min yeddi yüz əlli üç dollar, 49 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 22 ay uzadılaraq xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 31 % ödənilməli idi. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 4088.17 (dörd min səksən səkkiz dollar, 17 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1USD=1.40AZN məzənnəsi əsas götürməklə qəbul edilmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********334 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 160 (yüz altmış) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2772.77 (iki min yeddi yüz yetmiş iki dollar, 77 sent) ABŞ dolları təşkil edir. Bundan 448.07 (dörd yüz qırx səkkiz dollar, 07 sent) ABŞ dolları əsas, 423.63 (dörd yüz iyirmi üç dollar, 63 sent) ABŞ dolları faiz, 1838.13 (bir min səkkiz yüz otuz səkkiz dollar, 13 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 62.94 (altmış iki dollar, 94 sent) ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, ********* saylı Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 31% dərəcəsi ilə Cavabdeh2 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir; -xx.xx.2014-cü il tarixli, 150002019/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Cavabdeh1, Cavabdeh3 və X1 öz üzərinə götürmüşlər; - ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi və zaminlik müqaləsi üzrə xx.xx.2015-ci il tarixli Əlavə sazişlərdən görünür ki, Kreditorun Borcalana (Birgə Borcalanlara) verdiyi kreditin qalıq məbləği 3753,49 (üç min yeddi yüz əlli üç ABŞ dlları qırx doqquz sent) ABŞ dolları təşkil edir; -14 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. -xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 30 aprel 2014-cü il tarixli kredit müqviləsi üzrə xx.xx.2023-cü il tarixə 448,07 ABŞ dolları əsas, 423,63 ABŞ dolları faiz, 1838,13 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz 62,94 ABŞ dolları təşkil edir. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 67,14 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hesab edirəm ki, əsas borc 448,07 ABŞ dolları və faiz borcunun 423,63 ABŞ dolları təşkil etdiyi halda, 1838,13 ABŞ dolları məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 45 ABŞ dollarına qədər azaldılmalıdır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, 30 aprel 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC tərəfindən 24 ay müddətinə 6370 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2017-ci il tarixli Əlavə sazişlərə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 3753,49 ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmiş, Cavabdeh2 kredit verilərkən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ilə Bank arasında 30 aprel 2014-cü il tarixli Zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsinə Əlavə Saziş bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə (əlavə saziş) 36 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2020-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni LPO İddiaçı ASC həmin gündən başlayaraq bir il ərzində zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi əsasında (əlavə saziş) zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia irəli sürülməmişdir. Kreditor tərəfindən zaminə qarşı iddia yalnız zaminliklə təmin edilmiş öhdəlyinin icrası vaxtının çatdığı gündən 36 ayın tamamında irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 digər Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavabdeh2 448,07 ABŞ dolları əsas, 423,63 ABŞ dolları faiz, 45 ABŞ dolları cərimə və AR Konsititusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 62,94 ABŞ dolları faiz olmaqla, cəmi 979,64 (doqquz yüz yetmiş doqquz dollar altmış dörd sent) ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 67,14 (altmış yeddi manat, on dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X3 İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə və digər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1498/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1498/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver