Məhkəmə qərarları › İş №e-2(027)-1505/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1505/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1505/2022 01.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KFP-034/2019 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 2259 (iki min iki yüz əlli doqquz) manat əsas borc, 60 (altımış) manat 54 qəpik faiz borcu olmaqla, cəmi 2319 (iki min üç yüz on doqquz) manat 54 qəpik kredit borcunun və ödənilmiş 43 (qırx üç) manat 20 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq “BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı BOKT "xxxx" MMC idddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olaraq BOKT "xxxx" MMC ilə X3 arasında bağlanmış "10" ivul 2019-cu il tarixli, KFP-034/2019 saylı güzəştli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-yə olan ödənilməmis 3000 S dolları kredit borcu qalığının manat ekvivalenti ilə 2259 (iki min iki vüz əlli doqquz) AZN məbləğində qalığının kreditdən istifadənin 5 il müddətinə uzadılmaqla, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, illik 1% ödənişlə, ödəniş cədvəli üzrə güzəştli ödənişin gecikdirilməsinə görə ödənişin gecikdirilən borc məbləğinin hər gecikdirilən günə 0.1% hesabı ilə dəbbə ödəniş şərtləri ilə restrukturizasiva edilmişdir. Cavabdeh "Borcalan" X2 dəfələrlə, sonuncu dəfə borc üzrə ödəniş etməsinin zəruriliyinə dair xx.xx.2022-ci il tarixli. 007/2022 saylı pretenziya ilə ona xəbərdarlıq edilmişdir. Lakin bu günə kimi cavabdeh borc üzrə ödəniş etməmişdir. Ona görə də cavabdehin xx.xx.2022-ci il tarixə ödənişi gecikdirilmiş 60.54 manat faiz borcu, 2259 manat əsas borc məbləği, ümumilikdə 2319,54 manat gecikdirilmis borcu vardır. Göstərilənləri nəzərə alaraq, iddiaçı xx.xx.2022-ci il tarixə 2259 (iki min iki yüz əlli doqquz) manat əsas borc, 60 (altımış) manat 54 qəpik faiz borcu olmaqla, cəmi 2319 (iki min üç yüz on doqquz) manat 54 qəpik kredit borcunun və ödənilmiş 43 (qırx üç) manat 20 qəpik dövlət rüsumunun cavabdehdən tutularaq “BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan BOKT "xxxx" MMC ilə X3 arasında bağlanmış "10" ivul 2019-cu il tarixli, KFP-034/2019 savlı güzəştli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-yə olan ödənilməmis 3000 S dolları kredit borcu qalığının manat ekvivalenti ilə 2259 (iki min iki vüz əlli doqquz) AZN məbləğində qalığının kreditdən istifadənin 5 il müddətinə uzadılmaqla, bir il əsas borc məbləğinin ödənişinə möhlətlə, illik 1% ödənişlə, ödəniş cədvəli üzrə güzəştli ödənişin gecikdirilməsinə görə ödənişin gecikdirilən borc məbləğinin hər gecikdirilən günə 0.1% hesabı ilə dəbbə ödəniş şərtləri ilə restrukturizasiva edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 "10" ivul 2019-cu il tarixli, KFP- 034/2019 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə BOKT "xxxx" MMC-nə 2259 (iki min iki yüz əlli doqquz) manat əsas borc, 60 (altımış) manat 54 qəpik faiz borcu olmaqla, cəmi 2319 (iki min üç yüz on doqquz) manat 54 qəpik məbləğində kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, "10" ivul 2019-cu il tarixli, KFP-034/2019 savlı güzəştli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh 2259 (iki min iki vüz əlli doqquz) AZN məbləğində kredit verilmiş və aylar üzrə odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, BOKT "xxxx" MMC tərəfindən iddia ərizəsinə görə 43 (qırx üç) manat 20 qəpik dövlət rüsumu ödənilmişdir. xx.xx.2022-ci il tarixli. 007/2022 saylı pretenziya məktubudan görünür ki, Cavabdeh BOKT"xxxx" MMC-nə olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçı BOKT "xxxx" MMC -dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı BOKT "xxxx" MMC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götörör, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc möqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit möqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 43 (qırx üç) manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli, KFP-034/2019 saylı kredit müqaviləsinə əsasən, 2259 ( iki min iki yüz əlli doqquz ) manat əsas borc, 60 (altmış) manat 54 qəpik faiz borcu, cəmi 2319 (iki min üç yüz on doqquz) manat 54 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat 20 qəpik məbləğində pul vəsaiti tutulub BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, KFP-034/2019 saylı kredit müqaviləsinə əsasən, 2259 ( iki min iki yüz əlli doqquz ) manat əsas borc, 60 (altmış) manat 54 qəpik faiz borcu, cəmi 2319 (iki min üç yüz on doqquz) manat 54 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 43 (qırx üç) manat 20 qəpik məbləğində pul vəsaiti tutulub BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar