Məhkəmə qərarları › İş №e-2(027)-1526/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1526/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1526/2022 24.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Aydın Hüseynov məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, cavabdeh YSLMB-07805 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcunu tam ödəmişdir. Bu səbəbdən həmin mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. İş üzrə cavabdeh tərəfindən hazırki işin mahiyyəti üzrə həll olunması tələbi ilə bağlı məhkəmə müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması, tələbin girov predmetinə yönəldilməsinə, girov predmetinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar