Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1579/2022 01.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) nümayəndəsi Nümayəndə1 və cavabdehlər Cavabdeh, Zamin3 və Zamin2 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh, Zamin3, Zamin2 və Zamin1 Şəfaqət qızına qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli 583/2 saylı kredit müqaviləsinin ləğv edilməsi; xx.xx.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 4723.85 (dörd min yeddi yüz iyirmi üç manat səksən beş qəpik) manat; əsas məbləğə hesablanmış faiz borcu 680 (altı yüz səksən) manat; cərimə faizi 90 (doxsan) manat; dəbbə pulu 540.50 (beş yüz qırx manat əlli qəpik) manat: cəmi 6034.35 (altı min otuz dörd manat otuz beş qəpik) manat; məbləğdə borc həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köcürülmüş 80.34 (səksən manat otuz dörd qəpik) dövlət rüsumu borclu Cavabdeh və zaminlər Zamin3, Zamin2, Zamin1 alınaraq, İddiaçı-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “PSG FİNANS’’ BOKT MMC Quba filialı ilə borcalan X1 arasında 29 dekabr 2020-ci il tarixli 583/2 saylı kredit müqaviləsi ilə Zamin3, Zamin2, Zamin1 Şəfaqət qızı arasında 29 dekabr 2020-ci il tarixli 583/2 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Zamin2 “PSG FİNANS’’ BOKT MMCnin Quba filialı tərəfindən fərdi ev təmiri üçün 5274 manat məbləğində pul ayrılmışdır. Borclu Zamin2 illik 26% faiz olmaqla, 35 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 235 manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. İddiaçı BOKT MMC-nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialına olan borcu aşağıdakı kimi təşkil etmişdir: kreditin əsas məbləğindən qalan borc; 4723.85 (dörd min yeddi yüz iyirmi üç manat səksən beş qəpik) manat; əsas məbləğə hesablanmış faiz borcu: 680 (altı yüz səksən) manat; cərimə faizi: 90 (doxsan) manat; dəbbə pulu: 540.50 (beş yüz qırx manat əlli qəpik) manat; cəmi: 6034.35 (altı min otuz dörd manat otuz beş qəpik) manat; məhkəmə rüsumu 80.34 (səksən manat otuz dörd qəpik) AZN. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh, Zamin3 və Zamin2 iddianı qismən qəbul edərək, iddia ərizəsində göstərilən əsas və faiz borc üzrə iddianın təmin olunmasına etirazının olmadığını bildirərək, cərimə məbləğinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər cavabdeh Zamin1 Şəfaqət qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 29 dekabr 2020-ci il tarixli, 583/2 saylı Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 35 ay müddətinə illik 26% dərəcəsi ilə Cavabdeh 5274 (beş min iki yüz yetmiş dörd) manat məbləğində kredit verilmişdir; 29 dekabr 2020-ci il tarixli, 583/2 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT MMC-dən kredit götürmüş Cavabdeh “PSG FİNANS» BOKT MMC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Zamin3, Zamin2 və Zamin1 Şəfaqət qızı öz üzərinə götürmüşlər; Bildiriş və xəbəradrlıq məktublarından görünür ki, PSG FİNANS» BOKT MMC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur; İddiaçı BOKT MMC-nin 16 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16 may 2022-ci il tarixə İddiaçı BOKT MMC-yə olan Kreditin əsas məbləğindən qalan borc; kreditin əsas məbləğindən qalan borc; 4723.85 (dörd min yeddi yüz iyirmi üç manat səksən beş qəpik) manat; əsas məbləğə hesablanmış faiz borcu: 680 (altı yüz səksən) manat; cərimə faizi: 90 (doxsan) manat; dəbbə pulu: 540.50 (beş yüz qırx manat əlli qəpik) manat; cəmi: 6034.35 (altı min otuz dörd manat otuz beş qəpik) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 80,74 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişlər. Bu baxımdan, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli krediti müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 4723,85 manat və faiz borcun 680 manat məbləğində müəyyən olunduğu halda cavabdehlər tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 90 manat cərimə faizi və 540.50 manat dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin tələb edilən dəbbə pulunu azaldaraq 50 manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 80,34 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2020-ci il tarixli 583/2 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh, Zamin3, Zamin2 və Zamin1 Şəfaqət qızından 4723.85 (dörd min yeddi yüz iyirmi üç manat səksən beş qəpik) manat əsas, 680 (altı yüz səksən) manat faiz, 50 (əlli) manat cərimə olmaqla, cəmi 5453,85 (beş min dörd yüz əlli üç manat səksən beş qəpik) manat məbləğində pul və 80,34 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1579/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1579/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver