Məhkəmə qərarları › İş №e-2(027)-1603/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1603/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1603/2024 05.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə 21 dekabr 2022-ci il tarixli KAQub 14145763/22 №-li kredit və zaminlik müqavilələrinin ləğv olunması, müqavilə üzrə yaranmış 1842,13 (bir min səkkiz yüz qırx iki manat, on üç qəpik) manat məbləğində əsas, 464,22 (dörd yüz altmış dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz, 1089,60 (bir min səksən doqquz manat, altmış qəpik) manat məbləğində dəbbə ümumi 3395,95 (üç min üç yüz doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində borcun və 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə "xxxx" MMC arasında 21 dekabr 2022-ci il tarixdə, KAQub 145763/22 №-li kredit müqaviləsi bağlanarkən, 24 ay müddətinə, illik 36 faiz dərəcəsi olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti kreditə verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə 21 dekabr 2022-ci il tarixdə KAQub 145763/22 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit üzrə öhdəliyi yerinə yetirmədiyinə görə, müqavilə üzrə borc öhdəlikləri yaranmışdır. 07 may 2024-cü il tarixdə cavabdehlərə müqavilə üzrə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilərək, cavabdehlər tərəfindən həmin xəbərdarlıqları 16 may 2024- cü il tarixdə qəbul etmiş, lakin tərəflərindən kredit öhdəliyi yerinə yetməmişdir Nəticə olaraq cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmış və xəbərdarlığa münasibət bildirməmişdirlər. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin bu Müqavilə ilə müəyyən olunmuş qaytarılması şərtlərini (ödəniş cədvəlini) pozduqda, əsas məbləğ üzrə gecikdirilmiş ödənişin hər gün üçün 1(bir) faiz məbləğində dəbbə pulu (cərimə) ödəməlidir. Qeyd etmişdir ki, 24 may 2024-cü il tarixli gSum№ 302/24 nömrəli maliyyə arayışına əsasən, cavabdehin 1842,13 (bir min səkkiz yüz qırx iki manat, on üç qəpik) manat məbləğində əsas, 464,22 (dörd yüz altmış dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz, 1089,60 (bir min səksən doqquz manat, altmış qəpik) manat məbləğində dəbbə ümumi 3395,95 (üç min üç yüz doxsan beş manat, doxsan beş qəpik) manat məbləğində İddiaçı BOKT MMC-yə borcu vardır. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh2 ilə "xxxx" MMC arasında 21 dekabr 2022-ci il tarixdə, KAQub 145763/22 №-li kredit müqaviləsi bağlanarkən, 24 ay müddətinə, illik 36 faiz dərəcəsi olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti kreditə verilmişdir; 21 dekabr 2022-ci il tarixli, KAQub 145763/22 saylı saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC-dən kredit götürmüş Cavabdeh2 "xxxx" MMC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh1 öz üzərlərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu xx.xx.2024-cü il tarixə 1842,13 (bir min səkkiz yüz qırx iki manat, on üç qəpik) manat məbləğində əsas, 464,22 manat məbləğində faiz, 1089,60 manat məbləğində dəbbə ümumi 3395,95 manat təşkil edir; xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2, Cavabdeh1 banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 54 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 21 dekabr 2022-ci il tarixdə, KAQub 145763/22 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 36 faiz dərəcəsi olmaqla, 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiticavabdehə kredit verilmiş, digər Cavabdeh1 kredit müqaviləsi üzrə zamin durmuşlar. Lakin Cavabdeh2 üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, əsas borc 1842,13 manat təşkil etdiyi halda, 1089,60 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 185 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 54 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. İddiaçı"xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanılmış 21 dekabr 2022-ci il tarixli KAQub 14145763/22 №-li kredit və zaminlik müqavilələri ləğv edilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə müqavilə üzrə yaranmış 1842,13 (bir min səkkiz yüz qırx iki manat, on üç qəpik) manat məbləğində əsas, 464,22 (dörd yüz altmış dörd manat, iyirmi iki qəpik) manat məbləğində faiz, 185 (bir yüz səksən beş) manat məbləğində dəbbə ümumi 2491,35 (iki min dörd yüz doxsan bir manat, otuz beş qəpik) manat məbləğində borc və 54 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar