Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-162/2023 20.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Musa oğlundan 16719.48 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 141 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutularaq Bank BTB ASC-yə ödənilməsinə dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Azadılq” filialı ilə Cavabdeh Musa oğlu arasında 04 aprel 2022-ci- il tarixli BH/AF-3699-2022 sayıl cari hesab və BOSS CARD ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bundan sonra Cavabdeh Musa oğluna ******************** hesabı üzrə plastik kart təqdim olunmuşdur. Cavabdeh Musa oğlu isə həmin hesab üzrə plastik karta vəsaitlər daxil edərək, əməliyyatlar etmişdir. Cavabdeh Musa oğlu tərəfindən müxtəlif vaxtlarda əməliyyatlar icra edilmişdir və həmin əməliyyatlar uğurlu olmuşdur. Lakin Azəricard tərəfindən baş vermiş texniki problem səbəbindən həmin vəsaitlər təkrar müştərinin hesabına qaytarılmışdır. Müştəri isə qayıdan vəsaitləri başqa ödənişlər üçün istifadə etmişdir və nəticədə müştərinin hesabında 16.719,48 AZN borc yaranmışdır. Beləliklə texniki yanlışlıq nəticəsində cavbdeh X1 hesabında vəsait olmadan Bank BTB ASC-yə məxsus 16719.48 manat vəsait hesabına əməliyyatlar etmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı ilə edilən xəbərdarlıqlara baxmayaraq 16719.48 manat pulu banka qaytarmamışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı Bank "xxxx"ASC məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh Musa oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif vaxtlarda plastik kart vasitəsi ilə 16.719,48 manat məbləğində pul vəsaitindən istifadə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bank hesabının açılması üçün ərizədən görünür ki, Cavabdeh adına AZ82BBTB******************** saylı hesab açılmışdır. İş materiallarında olan yeni plastik kartın alınması üçün ərizədən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə hesab nömrəsi ******************** olan yeni plastik kart verilmişdir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bank "xxxx" ASC-nin “Azadlıq” filialı ilə Cavabdeh Musa oğlu arasında 04 aprel 2022-ci- il tarixli BH/AF-3699-2022 sayıl cari hesab və BOSS CARD ödəniş kartları üzrə xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Bundan sonra Cavabdeh Musa oğluna ******************** hesabı üzrə plastik kart təqdim olunmuşdur. Cavabdeh Musa oğlu isə həmin hesab üzrə plastik karta vəsaitlər daxil edərək, əməliyyatlar etmişdir. Cavabdeh Musa oğlu tərəfindən müxtəlif vaxtlarda əməliyyatlar icra edilmiş və həmin əməliyyatlar uğurlu olmuşdur. Lakin, Azəricard tərəfindən baş vermiş texniki problem səbəbindən həmin vəsaitlər təkrar müştərinin hesabına qaytarılmışdır. Müştəri isə qayıdan vəsaitləri başqa ödənişlər üçün istifadə etmiş və nəticədə müştərinin hesabında 16 719,48 AZN borc yaranmışdır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 14.2.6 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma və başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanun normalarının tələbinə görə borc verən şəxs, borc alan onun aldığı pulu qaytarmadıqda, bununla onun hesabına əsassız varlanıb, ona zərər vurduqda, həmin zərərin, həmçinin onun pul vəsaitini qanunsuz saxladıqda, onu qaytarmaqdan boyun qaçırdıqda, onun ödənilməsini digər şəkildə gecikdirdikdə, pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalandıqda, qanunda nəzərdə tutulmuş halda və məbləğdə faizləri borcludan tələb edə bilər. Bu tələb hüququ öhdəliklərin yaranması üçün əsas olan müqavilədən, digər öhdəlik əsaslarından, həmçinin öhdəliklərlə bağlı ümumi hüquqi prinsip olan pacta sund vervanda (öhdəliklər yerinə yetirilməlidir) prinsipindən irəli gəlir. Təbii ki, qanuna görə bu tələbin əsaslılığını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşür. Qanun normasının mənasına görə iddiaçı cavabdehin ondan aldığı borcu qaytarmadığı şəraitdə, onun hesabına əsassız varlanmaqla ona tələb edilən məbləğdə maddi zərər yetirməsini, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində yaranmasını, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olmasını və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh 16719.48 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 141 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 16719.48 manat məbləğində borc, 141 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı iddiaçı Bank "xxxx"ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-162/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-162/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver