Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1634/2022 23.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X4 və Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli, 011A**********SA saylı ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8111 (səkkiz min yüz on bir) manat 74 qəpik məbləğində kredit borcu, 575 (beş yüz yetmiş beş) manat 19 qəpik faiz borcu, 1313 (min üç yüz on üç) manat 31 qəpik cərimə borcu olmaqla, cəmi 10 000 (on min) manat 24 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı QSC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, İddiaçı QSC Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdeh 15 000 (on beş min) manat məbləğində kredit götürmüşdür.O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.O, götürdüyü kredit borcundan 6888.26 manat ödəniş etmiş və onun iddiaçıya 8111.74 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 141 gün üçün hesablanmış faiz borcu 575.19 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.01 % məbləğində cərimə ödəməlidir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O zaminlk müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İddiaçı QSC İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli, 011A**********SA saylı ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8111 (səkkiz min yüz on bir) manat 74 qəpik məbləğində kredit borcu, 575 (beş yüz yetmiş beş) manat 19 qəpik faiz borcu, 1313 (min üç yüz on üç) manat 31 qəpik cərimə borcu olmaqla, cəmi 10 000 (on min) manat 24 qəpik məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 nümayəndəsi X6 iddianı qismən qəbul edərək bildirdi ki, MSK-da sürücü işləyir, atası xəstəti, maddi imkanı aşağıdı, faiz yüksəkdir, ödənişi yerinə yetirə bilmir. Cərimənin silinməsini, faizlərin aşağı salınmasını xahiş edir. Məhkəmədə iştirak edən zaman Cavabdeh1 iddianı qismən yəni əsas borc hissəsində qəbul etdiyini bildirdi. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsi X1 və Cavabdeh2 nümayəndəsi X5 dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə cavabdehə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan zaminlik müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh2 banka olan borcu xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə 8111 (səkkiz min yüz on bir) manat 74 qəpik məbləğində kredit borcu, 575 (beş yüz yetmiş beş) manat 19 qəpik faiz borcu, 1313 (min üç yüz on üç) manat 31 qəpik cərimə borcu olmaqla, cəmi 10 000 (on min) manat 24 qəpik məbləğində təşkil edir İş materiallarında olan AZE 0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan məlum olur ki, Cavabdeh2 Quba rayonu Təngəaltı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh1 Quba rayonu Afurca kəndində qeydiyyatdadır. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 üzərlərinə düşən öhdəliyin icra edilməsi üçün bank tərəfindən xəbərdarlığ edilmışdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, bank qarşısındakı öhdəliyi üzərinə götürməyinə baxmayaraq, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı QSC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli maliyə arayışına əsasən son hesablanmış 8111.74 manat əsas məbləğ üzrə borca 1313.31 manat cərimə borcu hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 13.31 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara əsaslanaraq hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 011A**********SA saziş ləğv edilməli, Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 8111 (səkkiz min yüz on bir) manat 74 qəpik məbləğində kredit borcu, 575 (beş yüz yetmiş beş) manat 19 qəpik faiz borcu, 13 (on üç) manat 31 qəpik cərimə borcu, cəmi 8700 (səkkiz min yeddi yüz) manat 24 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 011A********** saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli, 011A**********SA saziş ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, 8111 (səkkiz min yüz on bir) manat 74 qəpik məbləğində kredit borcu, 575 (beş yüz yetmiş beş) manat 19 qəpik faiz borcu, 13 (on üç) manat 31 qəpik cərimə borcu, cəmi 8700 (səkkiz min yeddi yüz) manat 24 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1634/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1634/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver