Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1634/2023 06.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8.000 manat pulun və ödədiyi 100 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Əliyev X1 şəhərində xırda ticarətlə məşğul olur. Cavabdeh müəyyən müddətdir ki, tanıyır. Ona yaxın olan şəxslərlə, yaxşı münasibətdə olmuş, həmin şəxslərə münasibətdə onunla yaxın münasibətdə olmuşdur. Onun hərbiçi olduğunu bilmişdir. Onun əlində müəyyən məbləğdə nağd pul olduğunu bilmişdir. Cavabdeh ona bankdan kredit götürdüyünü, kredit borcunu gecikdirdiyini, kredit borcunu gecikdirdiyi üçün onun işdən çıxarılması ehtimalı olduğunu demişdir. Bir ay müddətinə ona 8000 (səkkiz min) manat borc pul verməsini istəmişdir. Ona yaxın olan Nicat və Ravil adlı tanışlarıda Təbrizin etibarlı oğlan olduğunu və verdiyi vədi vaxtında yerinə yetirdiyini bildirdilər. Borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. Notariusa getmək istəyən zaman borc müqaviləsini notariat ofisi təxminən 120 manata rüsum əsasında bağladığını öyrənmişlər. Cavabdeh, X2, X4 və o, Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə uyğun olaraq borc müqaviləsi bağlamaq qərarına gəlmişlər. Nümunə formada hazırlanmış "Borc müqaviləsi" bağlamışlar. 26 aprel 2023-cü il tarixli borc müqaviləsinin şərtlərinə əsasən o, İddiaçı 8000 (səkkiz min) manat pulu Cavabdeh vermişdir. Cavabdeh isə 1 (bir) ay müddətinə həmin məbləği ona qaytarmalı idi. Müqavilənin şərtlərində pulu gec ödəməsinə görə borcalan hər gün üçün 5 faiz pul ödəməsini öhdəsinə götürmüşdür. Bundan başqa müqaviləmin sonuncu vərəqinin aşağı hissəsində Cavabdeh öz xətti ilə iyirmi altı aprel iki min iyirmi üçüncü il tarixində borc şəklində aldığı səkkiz min manatı 1 ay müddətinə qədər hissə-hissə və ya tam ödəməyə razılıq verməyi öhdəsinə götürdü. İddiaçı nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh iddiaçıdan 8.000 manat məbləğində pul almış və həmin borcu xx.xx.2023-cü il tarixə qədər qaytaracağına dair öhdəlik götürmüşdür. İş materiallarında görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan xx.xx.2023-cü il tarixdə 8.000 manat məbləğində pul almış və həmin borcu 1 ay müddətində qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və nəticədə, cavabdehin iddiaçıya 8.000 manat məbləğində pul öhdəliyi icrasız qalmışdır. Cavabdeh isə iddianın əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.4-cü maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-742.4-cü maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı 8.000 manat məbləğində borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu alınaraq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220, 222 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8.000 manat məbləğində pul və 100 manat məbləğində dövlət rüsumu alınaraq, İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1634/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1634/2023
06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver