Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1634/2024 06.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər X1 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh3 ASC cavabdehlər X1 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə iddiaçı Cavabdeh3 ASC məhkəməyə ərizə göndərərək, Cavabdeh3 ASC-nin cavabdehlər X1 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbi barədə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə iddianın baxılmamış saxlanılması və ödənilmiş 35,57 manat dövlət rüsumunun (qəbz № **********) Cavabdeh3 ASC-yə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, Cavabdeh3 ASC-nin iddia ərizəsinin qaytarılması barədə ərizəsinə əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin hesab edirəm ki, ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh3 ASC -yə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı Cavabdeh3 ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 35,57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh3 ASC-nin cavabdehlər X1 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın; Cavabdeh3 ASC-yə izah edilsin ki, ərizənin qaytarılması yenidən məhkəməyə müraciət etməyə mane olmur. Cavabdeh3 ASC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 35,57 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən Cavabdeh3 ASC -yə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1634/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1634/2024
06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver