Məhkəmə qərarları › İş №e-2(027)-1643/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-1643/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-1643/2025 05.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, 19500 manat pulun və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından göründüyü kimi, İddiaçı Xaləddin oğlunun cavabdehlər Cavabdeh, X1 və X2 qarşı 19500 (on doqquz min beş yüz) manat pulun və ödədiyi 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpik pulun alınıb ona verilməsinə dair iddia tələbindən imtina qəbul edilmiş və Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(027)-817/2023 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən hakim eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizənin baxılmaq üçün qəbuldan imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qəbul edilməsindən imtina edilsin. Qərardad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (ödənişin təyinatı: Quba Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı, tarix xx.xx.2025, qəbz nömrəsi **********, ödənişin təyinatı ********) geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar