Məhkəmə qərarları › İş №e-2(027)-1664/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1664/2024

30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1664/2024 30.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu zərərin əvəzi olaraq 39.600 (otuz doqquz min altı yüz) manat və dövlət rüsumuna görə ödənilmiş 210 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində bağlanmış ipoteka müqaviləsinə görə, xx.xx.2022-ci il tarixində bağlanmış 104-S-3005 KM nömrəli kredit müqaviləsi üzrə müəyyən edilmiş illik faiz dərəcəsi 18% olan Cavabdeh aldığı 40.000 manat öhdəliyin icrasının təmin etmək məqsədilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20 ünvanında yerləşən 99 saylı mənzili ipotekaya qoymuşdur. Borc alan Cavabdeh öhdəliyi icra etmədiyi üçün xx.xx.2023-cü il tarixində Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydinə əsasən, ipoteka saxlayan "xxxx" ASC-nin tələbi ilə ipoteka qoyan Cavabdeh və İddiaçı ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 48,81 kv.m olan əmlaka tutma yönəldilmişdir. İddiaçı Hərrac keçirilməsi barədə bildiriş gəldikdən sonra o borclu Cavabdeh məlumat vermişdir, lakin borclunun öhdəliyi icra etmədiyini gördükdə, özü əmlakını sataraq xx.xx.2024-cü il tarixində "xxxx" ASC-yə 39.600 (otuz doqquz min altı yüz) manat borc məbləğini tam ödəmişdir. Göründüyü kimi Cavabdeh götürdüyü borca görə o əmlakını satmaq məcburiyyətində qalmışdır. İddiaçı hal-hazırda cavabdehə görə itirdiyi məbləği geri qaytarmaq niyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirmişdir ki, cavabdehi tanıdığından və ona inandığı üçün "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 40.000 manat öhdəliyin icrasının təmin etmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20 ünvanında yerləşən 99 saylı mənzili ipotekaya qoymuşdur. Mübariz krediti aldıqdan sonra aylıq ödənişləri vaxtlı-vaxtında ödəyəcəyinə söz versə də öhdəliyini icra etməmişdir. O, özü bir müddət ödənişlər etmiş, sonra ödəniş etməyə imkanı olmamışdır. Ona Hərrac keçirilməsi barədə bildiriş gəldikdən sonra cavabdehə məlumat vermiş, lakin cavabdeh öhdəliyi icra etmədiyindən evini sataraq 39.600 manat borc məbləğini tam ödəmişdir. Dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etsə də, cavabdeh hər dəfəsində, pulu ödəməkdən yayınmış, onun telefon zənglərinə cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddiasnın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına təkrarən gəlməməsi və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməməsi səbəbindən, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təmin edilməsi üçün İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20 ünvanında yerləşən 99 saylı mənzili ipotekaya qoyulmuşdur. İş materiallarında olan Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinin reyestrdə 8İ-2024 nömrə ilə qeyd edilmiş 13 noyabr 2023-cü il tarixli İcra Qeydindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,81 kv.m olan ünvanında yerləşən əmlak 95000 (doxsan beş min) manat məbləğində müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,81 kv.m olan ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 104-S-3005 KM müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 35856,14 AZN əsas borc, 3681,87 AZN faiz borcu, 496,37 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 40034,38 AZN təşkil edir). İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı icra sənədini icra etməsinə dair bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə 39,600 (otuz doqquz min altı yüz) manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 210 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin bank tərəfindən Cavabdeh illik 18 % ödəmək şərtilə 40000 manat məbləğində kredit verilmiş, borc alan Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin təmin edilməsi üçün İddiaçı mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20 ünvanında yerləşən 99 saylı mənzili ipotekaya qoyulmuş, İddiaçı, Cavabdeh 21 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə borcuna görə xx.xx.2024-cü ildə ümumilikdə cəmi 39,600 manat pulu "xxxx" ASC-yə ödəmişdir. Bununla da Cavabdeh İddiaçı 39,600 manat məbləğində maddi ziyan vurması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbyacan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə (zərər vurmuş şəxsə reqres hüququ) əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş üzrə Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə hər hansı etiraz və bu etirazı əsaslandırdığı hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 39600 (otuz doqquz min altı yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 210 (iki yüz on) manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 39600 (otuz doqquz min altı yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 210 (iki yüz on) manat alınaraq, İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar