Məhkəmə qərarları › İş №e-2(027)-1670/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1670/2023

04.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1670/2023 04.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar Nümayəndə1, İddiaçı3, İddiaçı1, Qayıbova (Sadətdinova) Lamiyə Amanşah qızının Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar Nümayəndə1, İddiaçı3, İddiaçı1, Qayıbova (Sadətdinova) Lamiyə Amanşah qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktına əsasən onlara verilmiş Quba rayonu, Pirvahid kəndi ərazisində yerləşən və Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktının 0071 nömrəli planşetində göstərilən 0,9530 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın alınmasına və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997ci il tarixli, 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktına əsasən onlara, mərhum ailə üzvü X4 və Cavabdeh Quba rayonu, Pirvahid kəndi ərazisindən 2,10 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X5 21 dekabr 1999-cu il tarixdə vəfat etmiş və Quba regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən verilən məktubdan da göründüyü kimi iddiaçılardan İddiaçı3 xx.xx.1999-cu il tarixdə vəfat etmiş X3 qanun üzrə vərəsələri sırasına daxildir. Onlar hal-hazırda qeyd edilən Dövlət Aktının 0071 nömrəli planşetində göstərilən 0,9530 ha hissəsinə öz adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Lakin iş üzrə paylı mülkiyyətçilərdən olan Cavabdeh qeyd edilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özünə qanunsuz fərdi yaşayış evi tikdiyindən və həmin ərazinin müvafiq dövlət orqanının əməkdaşları tərəfindən ölçülərək çıxarışın verilməsinə maneə olduğundan onlar qeyd edilən daşınmaz əmlakla bağlı çıxarış ala bilmirlər. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03 may 2023-cü il tarixli məktubu ilə əmlaka baxış keçirilərkən 0,9530 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi və mübahisə olduğundan, torpaq sahəsinə dair müayinə işlərinin aparılmasına şərait yaradılmadığından daşınmaz əmlakın müayinəsinin baş tutmadığı, ona görə də ərizənin icrasından imtina olunduğu qeyd edilmişdir. Hazırda onlar cavabdehin təqsirli hərəkətləri nəticəsində öz paylı mülkiyyətlərində olan torpaq sahəsinə dair mülkiyyət hüququnu həyata keçirə bilmirlər. Cavabdeh tərəfindən paylı mülkiyyətdə olan torpaq sahəsinə çıxarışın alınmasına və mülkiyyət hüququnun həyata keçirilməsinə yaranan maneələri başqa qaydada və danışıqlar yolu ilə həll etmək mümkün olmadığından məhkəməyə müraciət etməyə məcbur olublar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, həmçinin qeyd etmişdir ki, Pirvahid kəndi ərazisindən onların mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsinin 1.15 ha hissəsi N.İbrahimova satılmış, qalan 0.95 ha hissəsi onlarda qalmışdır. (Bu barədə sorğunun cavabını məhkəməyə təqdim edib). Hal-hazırda yerdə qalan 0.95 ha torpağa çıxarışın verilməsini istəyirlər, lakin cavabdeh tərəfindən maneə yaradıldığı üçün çıxarışın alınması mümkün deyildir və məhkəmədən maneənin aradan qaldırılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında digər iddiaçılar İddiaçı3, İddiaçı1, Qayıbova (Sadətdinova) Lamiyə Amanşah qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, onlara 1.20 ha əkin və 0.50 ha bağ sahəsi verilmişdir. İddiaçılar onun məlumatı olmadan torpağın bir hissəsini satmışlar. Həmin 0.50 ha bağ sahəsi ona düşür. Birgə düşən əmlak payı olmasına baxmayaraq o öz payına düşən hissəni tələb edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və digər iddiaçıların nümayəndəsi Nümayəndə1 izahatını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-071 KOD 30320028 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı ilə Quba rayonu, Pirvahid kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.10 ha torpaq sahəsi Quba rayonu, Pirvahid kənd sakinləri İddiaçı3 və ailə üzvləri- İddiaçı1, Cavabdeh, X5, Nümayəndə1, X2 mülkiyyətinə verilmişdir AZ 009778 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2000-ci ildə 07 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi tərəfindən İddiaçı3 xx.xx.1999-cu il tarixdə vəfat etmiş “X3 qanun üzrə vərəsələri sırasına daxil edilmişdir. İddiaçı Nümayəndə1 məhkəməyə təqdim etdiyin 05 aprel 2006-cı il tarixli “Torpaq alqı-satqı müqaviləsin”nin surətindən görünür ki, Quba rayonu, Pirvahid kəndi ərazisindən mülkiyyətçılər, İddiaçı3 və ailə üzvləri- İddiaçı1, Cavabdeh, Nümayəndə1, X2 mülkiyyətinə verilmiş 2,10 ha torpaq sahəsindən 1.15 ha hissəsi X1. Bu müqavilə reyesterdə 4Ə-777 nömrə ilə qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Pirvahid kəndində yerləşən 1.1478 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 206 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 5 Saylı Xaçmaz Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məlumatında qeyd olunur ki, əmlaka baxış keçirilərkən Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktının 0071 nömrəli planşetində göstərilən 0,9530 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində fərdi yaşayış evi mövcuddur və mübahisə olduğundan, habelə torpaq sahəsinə dair müayinə işlərinin aparılmasına şərait yaradılmadığından daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı3 və ailə üzvləri- İddiaçı1, Cavabdeh, X5, Nümayəndə1, X2 mülkiyyətinə Quba rayonu, Pirvahid kəndi ərazisində 2.10 ha torpaq sahəsi verilmiş, mülkiyyətçılərdən X5 vəfat etdiyindən, İddiaçı3 onun qanun üzrə vərəsəsi müəyyən edilmiş və mülkiyyətçilər tərəfindən 2,10 ha torpaq sahəsindən 1.15 ha hissəsi mülkiyyətçi olan Cavabdeh razılığı ilə satılmışdır. Hazırda qeyd edilən orpaqğın 0,9530 ha hissəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmasına birgə mülkiyyətçilərdən Cavabdeh maneə yaratdığından, daşınmaz əmlakın müayinəsi baş tutmamış və çıxarışın alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Qeyd edilən Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar Quba rayonu, Pirvahid kəndi ərazisində yerləşən və Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktının 0071 nömrəli planşetində göstərilən 0,9530 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın alınmasına və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə (sahiblik, istifadə və sərəncam verilməsi) Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılmasına dair iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktına əsasən İddiaçı3 və ailə üzvləri- İddiaçı1, Cavabdeh, X4, Nümayəndə1, Sadətdinova (Qayıbova) Lamiyə Amanşah qızına verilmiş Quba rayonu, Pirvahid kəndi ərazisində yerləşən və Torpağa Mülkiyyət Hüququna Dair JN-0071 KOD 30320028 nömrəli Dövlət Aktının 0071 nömrəli planşetində göstərilən 0,9530 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın alınmasına və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar