Məhkəmə qərarları › İş №e-2(027)-1675/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1675/2023

24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1675/2023 24.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş avtomobilinin əzilərək sıradan çıxması nəticəsində ona vuurlmuş 15.000 (on beş) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, "Bank VTB (Azərbaycan)" ilə ASC aralarında bağlanmış 116636-1-8476 saylı xx.xx.2013-cü il tarixli "avtomobil kredit müqaviləsi"nə əsasən cavabdehə satın alınması üçün 60 ay müddətinə illik 18% hesablanmaqla 21 122 ABŞ dolları məbləğində kredit verilmişdir. "Kredit müqaviləsi" ndən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi cavabdeh- X2 116636- 16-12026 saylı xx.xx.2013-cü il tarixli "ipoteka müqavilasi"nə əsasən mülkiyyətində olan "KİA Cerato" minik markalı, ** SH *** d.q.n. avtomobili iddiaçıya ipoteka qoymuş və bu barədə "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"ndə göstərilən avtomobilə dair "ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin" barədə xüsusi qeyd aparılmışdır. Sonradan həmin avtomaşının dövlət qeydiyyatı nişanı dəyişdirilmiş və ** TB *** dövlət qeydiyyat nişanlı olmuşdur. Eyni zamanda, "Kredit müqaviləsi"ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi X5 ila 116637-7-5003 saylı xx.xx.2013- cü il tarixli "Zaminlik müqaviləsi" bağlanmışdır. Daha sonra "Kredit müqaviləsi"ndən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi digər cavabdeh-Cavabdeh1 ilə 239384 saylı xx.xx.2014-cü il tarixli "Zaminlik müqaviləsi" bağlanmışdır. Elə həmin tarixdə, yəni xx.xx.2014-cü il tarixdə X2 ilə xx.xx.2013-cü il tarixli 1166xx-xx-12026 saylı "İpoteka müqaviləsi"nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma tərtib olunmuşdur. Həmin razılaşmaya əsasən kredit alanın "Bank"a 18 iyul 2014-cü il tarixa mövcud olan borcu kapitallaşdırılaraq 19 740,49 ABS dolları məbləğində müəyyən edilmiş, həmin Razılaşmanın imzalandığı tarixdan "Kredit alan" kredit məbləğini "Kredit müqaviləsi ilə müəyyən olunan şartlarla va qaydada xx.xx.2014-cü il tarixdan istifadə etməyi va 30 avqust 2018-ci il tarixədək qaytarmağı, habelə "Kredit məbləği"ndan istifadəyə görə "Bank"a illik 18% ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtləri dəyişdirilmədən saxlanılmışdır. Bank VTB (Azərbaycan) ASC, 3 saylı Nizami filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018 ci il tarixli “ Zaminlik müqaviləsi 239384 saylı” müqaviləsinə əsasən bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik X3 və bank arasında bağlanmış xx.xx.2013 cü il tarixli 116 636-1 8676 saylı “kredit müqaviləsi”dən ona edilmiş və ediləcək əlavələrdən iləri gələn bütün pul tələbləridir. xx.xx.2014-cü il tarixli etibarnamə əsasında mülkəyyətində olan KİA Serato markalı ** SH *** dövlət qeydiyyat nişanlı avtomobilini, Cavabdeh1 Mikail oğluna Təhvil vermişdir. Onun xəbəri və razılığı olmadan müllkiyətində olan avtomobilini digər cavabdeh X1 vermişdir. Cavabdeh2 xx.xx.2015-ci il tarixində Quba-Xaçmaz yolunun 13-cü km-də yerləşən Zərdabi qəsəbəsində Xaçmaz şəhəri istiqamətində 60km/saat sürətdən artıq sürətdə hərəkətdə olduğu zaman qəza törətmiş və nəticədə avtomobili əzilərək tam yararsız hala düşmüşdür. Cavabdeh2 Quba rayon Məhkəməsinin 03 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Azrəbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti tətbiq edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Novruz oğlu ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-5/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Azrəbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti tətbiq edilmişdir. Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsilə təqsirləndirilmişdir ona görə ki, o, 04 oktyabr 2015-ci il tarixdə, saat 02 radələrində «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Xaçmaz yolunun 13cü km-də yerləşən Zərdabi qəsəbəsində Xaçmaz şəhəri istiqamətində 60km/saat sürətdən artıq sürətdə hərəkətdə olduğu zaman avtonəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan AC280530 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil İskəndərova (Məlikova) Könül Rasim qızının mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X2 daşınmaz əmlak istisna olmaqla, həmin etibarnamənin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun daşınar əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh1 etibar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, AC280530 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil İskəndərova (Məlikova) Könül Rasim qızının mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 etibar etmişdir. Cavabdeh1 isə ona etibar edilən «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh2 vermişdir. Cavabdeh2 təqsirinə görə İddiaçı mülkiyyətində olan «Kia Cerato» markalı, **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Cavabdeh2 «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi avtonəqliyyat qəzasına görə Quba rayon Məhkəməsinin 1(027)-5/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, barəsində Azrəbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti tətbiq edilmişdir. Göründüyü kimi tələb olunan zərər Cavabdeh2 04 oktyabr 2015-ci il tarixdə avtonəliyyat hadisəsi törətməsi nəticəsində «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymişdir. Mübahisə predmetini təşkil edən avtomobil isə Cavabdeh1 tərəfindən Cavabdeh2 etibarnamə olmadan verilmişdir. Bundan başqa, cavabdehlər Cavabdeh1 Mikayəl oğlu və Cavabdeh2 iddiaçının tələb etdiyi 15000 manat məbləğində iddia tələbinin əsassız olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehlərin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı mülkiyyətində olan «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 15000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı mülkiyyətində olan «Kia Cerato» markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 15.000 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar