Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1743/2022 25.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd “LG LED TV” üçün 753 (yeddi yüz əlli üç) manat borc, 75 (yetmiş beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72444 “Samsung Galaxy A12” markalı telefon üçün 324 (üç yüz iyirmi dörd) manat borc, 32 (otuz iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25174 “Samsung Galaxy A12” markalı telefon üçün 259 (iki yüz əlli doqquz) manat borc, 25 (iyirmi beş) manat cərimə; ümumilikdə 1468 (min dörd yüz altımış səkkiz) manat borc, 34 (otuz dörd) manat 68 qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd “LG LED TV”, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72444 “Samsung Galaxy A12” və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25174 “Samsung Galaxy A12” almış və nəticədə cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 753 (yeddi yüz əlli üç) manat borc, 75 (yetmiş beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 324 (üç yüz iyirmi dörd) manat borc, 32 (otuz iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 259 (iki yüz əlli doqquz) manat borc, 25 (iyirmi beş) manat cərimə; ümumilikdə 1468 (min dörd yüz altımış səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, 1468 (min dörd yüz altımış səkkiz) manat borc və 34 (otuz dörd) manat 68 qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "ABC TELECOM” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 ədəd “LG LED TV”; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72444 “Samsung Galaxy A12”; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********25174 “Samsung Galaxy A12” almışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh "ABC TELECOM” MMC-nə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 753 (yeddi yüz əlli üç) manat borc, 75 (yetmiş beş) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 324 (üç yüz iyirmi dörd) manat borc, 32 (otuz iki) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 259 (iki yüz əlli doqquz) manat borc, 25 (iyirmi beş) manat cərimə; ümumilikdə 1468 (min dörd yüz altımış səkkiz) manat məbləğində borcu yaranmışdır; İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən MMC-yə olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 34 (otuz dörd) manat 68 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan MAPS arayışdan görünür ki, Cavabdeh Quba rayonu, İİ Nügədi kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya ümumilikdə 1468 (min dörd yüz altımış səkkiz) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 34 (otuz dörd) manat 68 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 753 (yeddi yüz əlli üç) manat əsas borc, 15 (on beş) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 324 (üç yüz iyirmi dörd) manat əsas borc, 6 (altı) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 259 (iki yüz əlli doqquz) manat əsas borc, 5 (beş) manat cərimə borcu, ümumilikdə 1362 (min üç yüz altımış iki) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat 68 qəpik məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1743/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1743/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver