Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1753/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC məhkəməyə iddia ərizəsilə müraciət edərək, Cavabdeh 4902 (dörd min doqquz yüz iki) manat 28 qəpik əsas borc, 737 (yeddi yüz otuz yeddi) manat 27 qəpik faiz borcu, cəmi 5639 ( beş min altı yüz otuz doqquz) manat 55 qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 76 (yetmiş altı) manat 80 qəpik məbləğdə pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 300804-848983/3 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 23% dərəcəsilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC kredit müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin 06 iyun 2022-ci il tarixə İddiaçı ASC-yə 4902 (dörd min doqquz yüz iki) manat 28 qəpik əsas borc, 737 (yeddi yüz otuz yeddi) manat 27 qəpik faiz borcu, cəmi 5639 ( beş min altı yüz otuz doqquz) manat 55 qəpik məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlığ olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlik bu günə kimi də yerinə yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı ASC Cavabdeh 4902 (dörd min doqquz yüz iki) manat 28 qəpik əsas borc, 737 (yeddi yüz otuz yeddi) manat 27 qəpik faiz borcu, cəmi 5639 ( beş min altı yüz otuz doqquz) manat 55 qəpik məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 76 (yetmiş altı) manat 80 qəpik məbləğdə pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İşə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 300804- 848983/3 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 23% dərəcəsilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş ödəniş qrafikinin surətində görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 300804-848983/3 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 23% dərəcəsilə 5000 (beş min) manat məbləğində kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən olunmuşdur. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 300804-848983/3 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 4902 (dörd min doqquz yüz iki) manat 28 qəpik əsas borc, 737 (yeddi yüz otuz yeddi) manat 27 qəpik faiz borcu, cəmi 5639 ( beş min altı yüz otuz doqquz) manat 55 qəpik məbləğində borcu vardır. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinə görə 76 (yetmiş altı) manat 80 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MM-nin 741 və 742.1-ci maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4 və 743-cü maddələrinə əsasən əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 76 (yetmiş altı) manat 80 qəpik dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 4902 (dörd min doqquz yüz iki) manat 28 qəpik əsas borc, 737 (yeddi yüz otuz yeddi) manat 27 qəpik faiz borcu, cəmi 5639 ( beş min altı yüz otuz doqquz) manat 55 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş ödənilmiş 76 (yetmiş altı) manat 80 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 739-cu, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 4902 (dörd min doqquz yüz iki) manat 28 qəpik əsas borc, 737 (yeddi yüz otuz yeddi) manat 27 qəpik faiz borcu, cəmi 5639 ( beş min altı yüz otuz doqquz) manat 55 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş ödənilmiş 76 (yetmiş altı) manat 80 qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1753/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1753/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver