Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1757/2022 07.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, İddaçı İddiaçı ASC-nin nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2857,6 manat, faiz borcuna görə 232,63 manat, cərimə borcuna görə 840,92 manat, borcun cəmi məbləği 3931,15 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 59.32 manat məbləğində,cəmi 104,32 manat pulun tutulması, tələbin Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli QUFS- 4969 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 3931,15 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 104,32 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzilə yönəldikdən və mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, X3, X12, Paşayev Xıdır Paşa oğlu və X2 Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzildən çıxarılması və mənzilin boşaldılması, ipoteka predmeti olan Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yuxarıda qeyd olunan maddənin tələblərinə əsasən, İddiaçı ASC məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə 2357,6 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 754,37 manat məbləğində faiz borcu, cərimə borcuna görə 2313,35 manat olmaqla, cəmi 5425,32 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 74,26 manat məbləğində, cəmi 619 manat pulun tutulması, tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019-cu il tarixli, nzazl2089 saylı Kredit müqaviləsi üzrə cəmi 5425,32 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat, "xxxx" MMC-yə ödənilmiş 500 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 74,26 manat məbləğində, cəmi 619 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Xaçmaz şəhəri. Qələbə küçəsi, bina 32, 06 saylı mənzilə yönəldikdən və ev satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, X3, X12, Paşayev Xıdır Paşa oğlu və X1 şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzildən çıxarılsı və ev boşaldılsı, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsinə əsasən illik 24% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 13000 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1., 2.3. və 2.4. maddələri). xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2857,6 manat, faiz borcuna görə 232,63 manat, cərimə borcuna görə 840,92 manat, borcun cəmi məbləği 3931,15 manat təşkil edir. Bundan başqa İddiaçı ASC-nin “Quba” filialı arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu – Cavabdeh1 ilə İddiaçı ASC-nin “Quba”filialı arasında xx.xx.2015-ci ildə Zaminlik müqaviləsi bağlanmışdır. Həmin Zaminlik müqaviləsinə görə zamin və borclu xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzili İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa,çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Qeyd olunanlara əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icraetmədiyi üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2857,6 manat, faiz borcuna görə 232,63 manat, cərimə borcuna görə 840,92 manat, borcun cəmi məbləği 3931,15 manat məbləğində pul tutulmalıdır, tələblər ipoteka predmetinə yönəldilməlidir, ipoteka predmeti satıldıqdan sonra cavadehlər ipoteka predmetindən çıxarılmalıdır, cavabdehlərin ipoteka predmetində qeydiyyatı ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf edərək, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh2 illik 24% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir İş materiallarından görünür ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə digər borclu – Cavabdeh1 ilə İddiaçı ASC-nin “Quba”filialı arasında xx.xx.2019-cu ildə Zaminlik müqaviləsi bağlanmış, həmin Zaminlik müqaviləsinə görə zamin və borclu xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan xx.xx.2019-cu il il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, **********11-05101-093008 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 41.10 kv.m olan yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş üzrə təyin edilmiş və keçirilmiş "xxxx" MMC-nin 01822-568 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən Cavabdeh1 məxsus olan mənzilin xx.xx.2022-ci il tarixə olan likvid dəyəri 27.000 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi bağlanmış kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh2 24% olmaqla 36 ay müddətinə 13.000 AZN kredit ayrılması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, **********11-05101-093008 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 41.10 kv.m-dən ibarət Cavabdeh1 mülkiyyətində olan mənzilin ipotekaya qoyulması, zaminlik müqaviləsi bağlması, Cavabdeh2, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində İddiaçı ASC-yə əsas borc üzrə 2357,6 manat məbləğində əsas kredit borcu və kreditdən istifadəyə görə 754,37 manat məbləğində faiz borcu qalması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 279-cu maddəsininin tələbinə görə girov (ipoteka) saxlayanın tələbinə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi və sair xərclər daxildir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1 maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1 maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Göründüyü kimi, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardan biri əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsidir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-41.2-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Qanunun mənasına görə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış evindən məcburi qaydada çıxarılmaları, evin boşaldılması üçün bir sıra əsaslar olmalıdır, yəni yaşayış evinə tutma yönəldilməli və o satılmalı, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi daxil olmalıdır. Hazırki mübahisə üzrə qeyd edilən hallar müəyyən edilmədiyindən, yəni ev satılmadığından, ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququna xitam verilmədiyindən iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 bankın xeyrinə əsas borc üzrə 2357,60 manat əsas borcu, 754,37 manat məbləğində faiz borcu pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, əsas borc 2357,60 manat təşkil etdiyi halda, 2313,35 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 23 manat qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Xaçmaz şəhəri, Qələbə küçəsi, bina 32, 06 saylı mənzilin likvid dəyəri "xxxx" MMC-nin 01822-568 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 27.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 mülkiyyətində olan əmlak ipotekaya qoyulmaqla, kredit müqaviləsi üzrə öhdəliyin icrasına təminat rolunu oynamışdır. Bundan başqa, İddiaçı ASC ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı kimi cavabdehin mülkiyyətində olan mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka müqaviləsinin şərtlərində bununla bağlı heç bir tələb öz əksini tapmamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 2357,60 manat əsas borcu, 754,37 manat məbləğində faiz borcu, 23 manat cərimə borcu olmaqla, cəmi 3134,97 manat məbləğində pul tutularaq ödənməli, borc ödənilmədikdə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 41.10 kv.m olan evinə yönəldilməli, Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 41.10 kv.m olan mənzilin ilkin satış qiyməti 27.000 manat müəyyən edilməli, ipoteka predmeti açıq hərracda satılmalı, həmin fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh1, X3, X12, Paşayev Xıdır Paşa oğlu və X6 1 ay ərzində mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun və dövlət rüsumunun ödənilməsi təmin edilməli, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilməli və iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin Cavabdeh2 və Cavabdeh1 bank tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 74,26 manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu və "xxxx" MMC-yə ödənilmiş 500 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli QUFS-4969 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2357,60 manat əsas borcu, 754,37 manat məbləğində faiz borcu, 23 manat cərimə borcu olmaqla, cəmi 3134,97 manat məbləğində pul tutularaq ödənilsin, borc ödənilmədikdə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 1 saylı ümumi sahəsi 41.10 kv.m olan evinə yönəldilsin, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 41,10 kv.m olan mənzilin likvidid qiyməti 27.000 manat müəyyən edilsin, ipoteka predmeti açıq hərracda satılsın, həmin fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh1, X3, X12, Paşayev Xıdır Paşa oğlu və X6 1 ay ərzində mənzildən çıxarılsın və mənzil boşaldılsın, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına əsas borcun, faiz borcunun və dövlət rüsumunun ödənilməsi təmin edilsin, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsi ipoteka qoyana verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh2 və Cavabdeh1 74,26 manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumu və "xxxx" MMC-yə ödənilmiş 500 manat məbləğində pul tutularaq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1757/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1757/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver