Məhkəmə qərarları › İş №e-2(027)-1779/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1779/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1779/2022 19.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 38.900 manat məbləğində maddi zərərin, əldən çıxmış faydanın əvəzi kimi 25.000 manat məbləğin və 282.12 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, saat 07:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Xızı rayonu ərazisində, etibarnamə əsasında idarə etdiyi “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətmişdir. Sürücünün idarəetməni itirməsi səbəbindən yolun hərəkət hissələrini ayıran metal təhlükəsizlik sədlərini əzməklə yolun Bakı istiqamətindəki əks hərəkət hissəsinə çıxaraq aşmış, nəticədə xəsarət almış sürücü Cavabdeh2 ilkin tibbi yardım göstərilməsi üçün X3 Mərkəzinə aparılmışdır. Cavabdeh1 yol vərəqəsi ilə idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan Cavabdeh2 sürmək üçün verdiyini, sonuncunun maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.3-cü maddəsinə əsasən inzibati xəta törətmişdir. Belə ki, qeyd olunan halla əlaqədar olaraq, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı X2 cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul etmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi ilə əlaqədər olaraq, nəqliyyat vasitəsi tərəfindən xx.xx.2021-ci il tarixli ƏN-İ№861964 saylı etibarnamə ilə X4 verilmişdir. "xxxx" MMC-nin direktoru X5 ilə Cavabdeh1 arasında “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Hadisə nəticəsində avtomobilə dəymiş ziyanla bağlı 45.900 manat məbləğində maddi zərərə məruz qalmışdır. Göründüyü kimi avtomobil icarəyə verilmişdir. Bu müddət ərzində avtomobili o, icarəyə versə idi, 25.000 manat məbləğində gəlir əldə etmiş olardı. Ona görə də 24.000 manat məbləğin əldən çıxmış fayda olduğunu bildirir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, müqavilə Zaur adlı şəxslə qardaşı Cavabdeh1 arasında bağlansa da, “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyində olmuşdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan avtonəqliyyat vastəsinin icra müqaviləsindən görünür ki, “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin direktoru X5 tərəfindən xx.xx.2021-ci il saat 23:00 dan xx.xx.2021-ci il saat 24:00 dək 1 günə 100 manat ödəmək şərti ilə Cavabdeh1 icarəyə verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə 45.900,00 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN –nin Bİ və Tİ-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytinantı X1 HK-1/234 nömrəli xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin əlamətləri olmadığı üçün material üzrə cinayət işinin başlanmaası rədd edilmiş, manevr qaydalarını İddiaçı məxsus “X8” markalı, 9** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyini nəzərə alaraq Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tədbir görülmüş, avtomobilə və metal təhlükəsizlik səddinə dəymiş ziyanla bağlı İddiaçı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə mülki qaydada Məhkəmə orqanına müraciət etmə hüquqları izah olunmuş, yol vərəqəsi ilə idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Cavabdeh2 sürmək üçün verdiyini, sonuncunun maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini nəzərə alaraq Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən inzibati tədbir görülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli yol vərəqəsindən görünür ki, “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixədək Cavabdeh1 idarə etməsi üçün etibar edilmişdir. İş materiallarında olan AD333154 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı etibarnamə üzrə səlahiyyətlərini xx.xx.2026-cı il tarixədək X4 etibar etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin direktoru X5 tərəfindən xx.xx.2021-ci il saat 23:00 dan xx.xx.2021-ci il saat 24:00 dək 1 günə 100 manat ödəmək şərti ilə Cavabdeh1 icarəyə verilmişdir. Azərbaycan Respublikası DİN –nin Bİ və Tİ-nə bilavasitə tabe olan Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytinantı X1 HK-1/234 nömrəli xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin əlamətləri olmadığı üçün material üzrə cinayət işinin başlanmaası rədd edilmiş, manevr qaydalarını İddiaçı məxsus “X8” markalı, 9** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ziyan yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətdiyini nəzərə alaraq Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati tədbir görülmüş, avtomobilə və metal təhlükəsizlik səddinə dəymiş ziyanla bağlı İddiaçı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə mülki qaydada Məhkəmə orqanına müraciət etmə hüquqları izah olunmuş, yol vərəqəsi ilə idarə etdiyi avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Cavabdeh2 sürmək üçün verdiyini, sonuncunun maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyini nəzərə alaraq Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən inzibati tədbir görülmüşdür. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilə 45.900,00 manat məbləğində ziyan dəymişdir. AD333154 nömərli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 38.900 manat məbləğində maddi zərərin ona ödənilməsi barədə iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. İddianın hüquqi əsası ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehlər Cavabdeh2 və Cavabdeh1 təqsirli olması sübuta yetirilmişdir. Bundan başqa, İddiaçı əldən çıxmış faydanın əvəzi kimi 25.000 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsini tələb etmişdir. Nəqliyyat vasitəsi 1 ildən artıqdır ki, yarasız vəziyyətdədir. İş materillarından görünür ki, qeyd edilən avtomobil günlük 100 manata icarayə verilmişdir. Lakin, tərəflərin maddi vəziyyətini nəzərə alınıb, məhkəmə hesab edir ki, iddia həmin hissə qismən təmin edilməli və əldən çıxmış faydanın dəyəri 5.000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Günlük 100 manat icarə haqqı 1 il müddətində 36000 manat etməsinə baxmayraq məhkəmə əldən çıxmış faydanın 5000 manat müəyyən edilməsini daha ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edilənərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 38.900 manat məbləğində pul və əldən çıxmış faydanın əvəzi olaraq 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. İddiaçı tərəfindən ödənilmiş 282.12 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan “X8” markalı ** VX *** dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 38.900 manat məbləğində pul və əldən çıxmış faydanın əvəzi olaraq 5.000 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. İddiaçı tərəfindən ödənilmiş 282.12 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar