Məhkəmə qərarları › İş №e-2(027)-1822/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1822/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1822/2022 01.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Poladova ZərifəTəhmasib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh1 qarşı “krediti müqaviləsinin ləğvi, kreditin, ona hesablanmış faiz və zərərin ödənilməsi” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə iddiaçı Cavabdeh2 arasında bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli güzəştli kredit müqaviləsinin ləğv edilməsi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5859.88 AZN əsas kredit borcu, 5.24 AZN kreditdən istifadəyə görə faiz borcu, 4.14 AZN cərimə olmaqla,cəmi 5870.09 AZN, həmçinin 78.71 AZN ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli Güzəştli kredit müqaviləsinə əsasən cavabdeh DavudovBəhramşah Qədim 60 ay müddətinə illik 1 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 7087.74 AZN məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh1ilə və Cavabdeh3 ilə kreditor arasında bağlanmış 008FİZAM79038601 saylı və 008FİZAM04921701 saylı xx.xx.2019-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısındaicraetməyən DavudovBəhramşah Qədim oğlu İddiaçıSC-yə xx.xx.2022-ci il tarixə 5859.88 AZN əsas kredit borcu, 5.24AZN kreditdən istifadəyə görə faiz borcu, 4.14 AZN cərimə olmaqla,cəmi 5870.09 AZN borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, İddiaçı ASC ilə aralarında bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən 100 manat ödəniş etdiyini və qalan borcunu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan başqa, Cavabdeh3 Gülməmməd oğlunun isə Bank Respublika” ASC ilə aralarında bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli Güzəştli Kredit müqaviləsi üzrə onun kredit almasının təmini üçün zamin olaraq müqavilə imzaladığını, lakin kredit borcu üzrə öhədliyi özünün icra edəcəyinə etirazı olmadığını bildirmişdir. İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən bank Cavabdeh2 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 7087,74 manat məbləğində kredit verilmişdir. Digər cavabdehlər Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh1 ilə İddiaçı ASC arasında 008FİZAM04921701 saylı və 008FİZAM79038601 saylı 27 dekabr 2019 -cu il tarixli zaminlik müqaviləsi imzalanmış və onlar həmin müqavilələr üzrə öhdəlikləri öz üzərinə götürmüşlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 5859,88 manat, faiz borcu kimi 5,24 manat, cərimə borcu kimi 4,14 manat, ümumilikdə 5870,09 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. İş materiallarında olan SMS xəbərdalığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış, lakin, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən Cavabdeh2 ilə bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli müqavilə ləğv edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 5859,88 manat məbləğində əsas, 5,24 manat məbləğində faiz və 4,14 manat məbləğində cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78,71 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 008CASA193610008 saylı xx.xx.2019-ci il tarixli saylı Güzəştli Kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 Gülməmməd oğlu və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5859,88 (beş min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, 5,24 (beş manat iyirmi dörd qəpik) manat məbləğində faiz borc və 4,14 (dörd manat on dörd qəpik) manat olmaqla, cəmi 5870,09 (beş min səkkiz yüz yetmiş manat doqquz qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 78,71 (yetmiş səkkiz manat, yetmiş bir qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar