Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1826/2024 03.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Kərim oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Kərim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (beş min beş yüz) manat, dövlət rüsumu olaraq ödədiyi 79 (yetmiş doqquz) manat və vəkil xidmət haqqı olaraq ödədiyi 320 (üç yüz iyirmi) manat pul məcburi qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, Cavabdeh ondan Quba şəhəri ərazisində “Birbank” mobil tədbiqi vasitəsi ilə 06 yanvar 2024-cü il tarixdə 4000 manat, 10 yanvar 2024-cü il tarixdə isə 1500 manat, cəmi 5500 manat pulu ona yalan vədlər verməklə dələduzluq yolu ilə almışdır. Törətdiyi dələduzluq cinayətinə görə Cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş və Quba rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(027)-114/2024 nömrəli hökmü ilə Az.Resp. Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə istintaqı gedişatında tərəfindən mülki iddia verilməmişdir. İddiaçı Kərim oğlunun nümayəndəsi Nümayəndə1 məhkməyə ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəciyini, məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmət Qobustan Pentensiar müəssisəsində cəza çəkən məhkum Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini və etirazı olmadığını bildirmişdir. Məhkəmə iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 12 iyun 2024-cü il tarixli, 1(027)-114/2024 nömrəli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 yanvar 2024cü il tarixdən hesablanması; Cavabdeh oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanıması və s. hökm edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı 79 (yetmiş doqquz) manat dövlət rüsumu və 320 (üç yüz iyirmi) manat məbləğində vəkil xidmət haqqı ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd edilən Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia etiraf edildiyindən və bu məhkəmə tərəfindən təsdiq edildiyindən, məhkəmə iddiaçının irəli sürdüyü 5500 manat borcun tutulması hissəsində tələbinin təmin olunması qənaətinə gəlir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçı həmçinin dövlət rüsumu olaraq ödədiyi 79 (yetmiş doqquz) manat və vəkil xidmət haqqı olaraq 320 (üç yüz iyirmi) manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən, 320 (üç yüz iyirmi) manat hüquqi xidmət xərcinin və 79 (yetmiş doqquz) manat ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5500 manat ziyan, 320 manat hüquqi xidmət xərci və 79 manat dövlət rüsumu, cəmi 5899 (beş min səkkiz yüz doxsan doqquz) manat tutularaq İddiaçı Kərim oğlunun xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1826/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1826/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver