Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1827/2022 08.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Məmmədov İlqar Aslan oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıASC kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2620 (iki min altı yüz iyirmi) manat 76 qəpik əsas, 659 (altı yüz əlli doqquz) manat 75 qəpik faiz, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 459 (dörd yüz əlli doqquz) manat 13 qəpik əsas, 101 (yüz bir) manat 96 qəpik faiz və 58 (əlli səkkiz) manat 41 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 27.84% faiz dərəcəsilə 3440 AZN, xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən ona illik 25% faiz dərəcəsi 800 AZN məbləğində kredit xətti ayrılmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan Cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə Kapital Bank» ASC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2620 (iki min altı yüz iyirmi) manat 76 qəpik əsas, 659 (altı yüz əlli doqquz) manat 75 qəpik faiz, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 459 (dörd yüz əlli doqquz) manat 13 qəpik əsas, 101 (yüz bir) manat 96 qəpik faiz məbləğində borcu yaranmışdır. Bank tərəfindən şifahi qaydada xəbərdar edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir, İddiaçı Cavabdeh yaranmış 3841 (üç min səkkiz yüz qırx bir) manat 60 qəpik borcun və 58 (əlli səkkiz) manat 41 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kapital Bank» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 27.84% dərəcəsi 3440 AZN məbləğində; xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən ona illik 25% dərəcəsi 800 AZN məbləğində kredit xətti ayrılmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Kapital Bank» ASC-yə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2620 (iki min altı yüz iyirmi) manat 76 qəpik əsas, 659 (altı yüz əlli doqquz) manat 75 qəpik faiz, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 459 (dörd yüz əlli doqquz) manat 13 qəpik əsas, 101 (yüz bir) manat 96 qəpik faiz məbləğində borcu yaranmışdır; xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 58 (əlli səkkiz) manat 41 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçıASC Quba filialı ilə Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 27.84% faiz dərəcəsilə 3440 AZN, xx.xx.2021-ci tarixli kredit müqaviləsinə əsasən ona illik 25% faiz dərəcəsi 800 AZN məbləğində kredit xətti ayrılmışdır, lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə cavabdehin banka hər iki müqavilə üzrə cəmi 3841 (üç min səkkiz yüz qırx bir) manat 60 qəpik məbləğində borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 58 (əlli səkkiz) manat 41 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2620 (iki min altı yüz iyirmi) manat 76 qəpik əsas borc, 659 (altı yüz əlli doqquz) manat 75 qəpik faiz, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 459 (dörd yüz əlli doqquz) manat 13 qəpik əsas borc, 101 (yüz bir) manat 96 qəpik faiz borcu, cəmi 3841 (üç min səkkiz yüz qırx bir) manat 60 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 58 (əlli səkkiz) manat 41 qəpik məbləğdə pul vəsaiti İddiaçıASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-1827/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1827/2022
08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver