Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1833/2022 16.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2031-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə kreditə görə 703 manat əsas, faiz borcuna görə 33,21 manat, cərimə borcuna görə 45,37 manat, borcun cəmi məbləği 781,58 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, pul tutulmadıqda tələbin Cavabdeh məxsus olan girov qoyulmuş 2 ədəd qızıl-zinət əşyasına (583 əyarlı 6,2 qr 1 ədəd barmaqça və 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı) yönəldilməsi, Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə 703 Manat əsas, faiz borcuna görə 33,21 Manat, cərimə borcuna görə 45,37 Manat, borcun cəmi məbləği 781,58 Manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsi və girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-niıı “Quba” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1300 manat məbləğində cavabdehə kredit verilmişdir. xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.İL, 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Şahbazov X1 icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 703 Manat əsas, faiz borcuna görə 33,21 Manat, cərimə borcuna görə 45,37 Manat, borcun cəmi məbləği 781,58 Manat təşkil edir. xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmdan baxmağı xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsinə əsasən illik 30 % dərəcəsi olmaqla 24 ay müddətinə 1300 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh arasında xx.xx.2021-ci il tarixli QBLMB-05487 nömrəli girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh tərəfindən 2 ədəd qızıl-zinət əşyası (583 əyarlı 6,2 qr 1 ədəd barmaqça və 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı üzük) xx.xx.2021ci il tarixli aktla banka saxlanca qəbul edilmiş və girov qoyulmuş qızıl-ziynət əşyalarının həmin müqaviləyə görə dəyəri 2200,27 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktından görünür ki, 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı 1704,21 manat, 583 əyarlı 6,2 qr 1 ədəd barmaqça 496,06 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından olan xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı saxlanc girov haqqında müqavilədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli QBLMB- 05487 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışında görünür ki, xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka xx.xx.2022-ci il tarixə 703 manat əsas, faiz borcuna görə 33,21 manat, cərimə borcuna görə 45,37 manat, borcun cəmi məbləği 781,58 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 703 manat əsas, faiz borcuna görə 33,21 manat, cərimə borcuna görə 45,37 manat, borcun cəmi məbləği 781,58 manat pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 297-ci maddəsinə əsasən irov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən Girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcu yaranmışdır. Bundan başqa, iddiaçı girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən ondan 703 manat əsas, 33,21 manat faiz borcu məbləğində pul iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi qismən təmin edilməlidir. Borc ödənilmədikdə tələb İddiaçı ASC qarşısında girov qoyulmuş, Cavabdehna məxsus, saxlanca qəbul edilmə aktına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd qızıl-zinət əşyasına (583 əyarlı 6,2 qr 1 ədəd barmaqça və 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı) yönəldilməli, 2 ədəd qızıl-zinət əşyasının (583 əyarlı 6,2 qr 1 ədəd barmaqça və 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı üzük) ilkin satış qiyməti 2200,27 manat müəyyən edilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 4 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli QBLMB-05487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 703 manat əsas borcu, 33,21 manat faiz borcu və 4 manat məbləğində cərimə borcu olmaqla, cəmi 740,21 manat məbləğində pul, habelə ödənilmiş 30 manat dövlət rüsumu tutulsun, borc ödənilmədikdə tələb İddiaçı ASC qarşısında girov qoyulmuş, Cavabdeh məxsus, saxlanca qəbul edilmə akta əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş 2 ədəd qızıl-zinət əşyasına (583 əyarlı 6,2 qr 1 ədəd barmaqça və 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı) yönəldilsin, 2 ədəd qızıl-zinət əşyasının (583 əyarlı 6,2 qr 1 ədəd barmaqça və 583 əyarlı, 21,3 qr 1 ədəd boyunbağı) ilkin satış qiyməti 2200,27 manat müəyyən edilsin, qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-1833/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1833/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver